Nur təFSİRİ


Məscidlə bağlı bir neçə nöqtə



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə135/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   131   132   133   134   135   136   137   138   ...   317
NUR-TƏFSİRİ-12

 
Məscidlə bağlı bir neçə nöqtə 
 
1. Yer üzündə ilk tikili məscid olmuşdur.
3
2. Məscidin yerinə müqəddəslik olmalıdır. Möminlər deyirdilər ki, Kəhf əshabının 
məzarı olan yerdə məscid tikək.
4
3. Peyğəmbərin Mədinədə ilk işi məscid tikmək oldu.
5
4. Quranda Məscidül-Həramın adı on dəfədən artıq çəkilir. 
5. Allah-taala məscidi öz evi sayır və insanların ən üstünü olan İbrahim və İsmail 
peyğəmbəri bu evə xidmətçi təyin edir.
6
6. Məsciddə iştirak üçün zinətlənmək tapşırılır.
7
7. Əgər məscid təqva üzərində qurulmasa və təfriqə yuvasına çevrilsə, sökülməlidir.
8
8. Məscid o qədər müqəddəsdir ki, hər adama məscid tikmək və ya məscid təmir 
etmək haqqı verilmir.
9
Deyilənlər təqvalı möminlərə məxsusdur.
10
9. Yəhudilərin və məsihilərin ibadət mərkəzləri o qədər dəyərlidir ki, onları qorumaq 
üçün candan keçmək lazım gəlir.
11
10. Məscidin öz qayda-qanunları var. Məsciddə ucadan və boş-boşuna danışmaq, 
alış-veriş söhbəti etmək olmaz. 
1
“Biharul-ənvar”, c. 72, s. 355 
2
“Munafiqun”, 5 
3
“Ali-İmran”, 96 
4
“Kəhf”, 21 
5
“Tövbə”, 108 
6
“Bəqərə”, 125 
7
“Əraf”, 31 
8
“Tövbə”, 107 
9
“Tövbə”, 17 
10
“Tövbə”, 18 
11
“Həcc”, 41 


134 
11. Məscidə doğru atılan hər addımın mükafatı var.
12. Namaz intizarında məsciddə oturmağın mükafatı var. 
13. İçində namaz qılınmayan məscid Allaha şikayətçidir. 
14. Məscid qonşularının məsciddə qılmadığı namazlar dəyərsizdir. 
15. Allah məscid əhlinə xatir başqalarını da əzabdan uzaqlaşdırır. 
16. Bir şəxs qəmli halda Abbasi xəlifəsi Mötəsimin yanına gəlib dedi: “Bir oğru öz 
oğurluğunu etiraf edir.” Xəlifə fəqihləri yığıb bu oğrunun hökmünü soruşdu. Fəqihlərdən 
biri dedi ki, Təəmmüm ayəsinə əsasən, oğrunun əli kəsilməlidir. Başqa bir fəqih 
dəstəmaz ayəsini dəlil göstərib, oğrunun əlinin dirsəkdən kəsilməsini hökm verdi. 
Mötəsim məclisə dəvət olunmuş imam Cavaddan (ə) bu barədə soruşduqda imam 
buyurdu: “Yalnız dörd barmaq kəsiləcək. Çünki Quranda səcdə yerinin Allaha məxsus 
olduğu bildirilir. Səcdədə yerə toxunan üzv kəsilməməlidir.” Mötəsim imamın dəlilini 
qəbul edib, hökmü yerinə yetirdi.
1

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin