Bildirişlər 1. İlahi qanunlar qarşısında hamı bərabərdir, kimsə nöqsandan amanda qalmayıb.
2. Peyğəmbər (s) buyurur ki, nəinki sizə xeyir və ya ziyan yetirməkdə gücüm
yoxdur, hətta özümdən bəlanı uzaqlaşdıra bilmərəm.
3. Peyğəmbər də xətaya yol versə qəzəbə gələr.
4. Allahın qəzəbindən yeganə qurtuluş yolu vəzifələri yerinə yetirməkdən.
5. Peyğəmbər məsumdur. Buna görə də onunla müxalifət Allahla müxalifət kimidir.
Ayə 24, 25: ي ِرْدَأ ْنِإ ْلُق﴿﴾اادَدَع ُّلَقَأ َو اار ِصاَن ُفَعْضَأ ْنَم َنوُمَلْعَیَسَف َنوُدَعوُی اَم ا ْوَأَر اَذِإ ى تَح﴿ ﴾اادَمَأ يِ بَر ُهَل ُلَعْجَی ْمَأ َنوُدَعوُت ا م ٌبی ِرَقَأ “(Onlar qəflət və təkəbbür içindədirlər) Hədələnərkən vəd olunan şeyi görənədək! Biləcəklər ki, kimin yardımçıları daha zəifdir, daha azsaylıdır. De ki, vəd edilənin yaxında olduğunu və ya Rəbbimin onu həyata keçirmək üçün vaxt təyin etdiyini bilmirəm.” Nöqtələr ◘Bəziləri mallarının və övladlarının çoxluğu ilə qürrələnirlər.
2
Ona görə də Quran
buyurur ki, var-dövlətin və ailə-övladın faydasız olduğunu qiyamətdə anlayacaqlar.
◘Qiyamətin vaxtının bilinməməsi bir tərəfdən daimi hazırlıq üçün, digər bir tərəfdən
üzüntü yaşanmaması üçün faydalıdır.
Bildirişlər 1. Zaman ötdükcə məsələlər aydınlaşır.
2. Sonda təkəbbür əhlinin başı daşa dəyəsidir.
3. Qiyamət günü insan zəifliyinin zühur günüdür.
4. Allahın iradəsi olmasa peyğəmbər də gələcəkdən xəbərsiz qalar.
5. Bilmirəm demək eyb deyil.
Ayə 26, 27, 28: 1
“Kəhf”, 110; “Əhqaf”, 9; “Ənam”, 50
2
“Səba”, 35