Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə151/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   147   148   149   150   151   152   153   154   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Dəhşətli və əzəmətli bir səslə bu dünya həyatına son qoyular və başqa bir həyat 
başlayar. 
2. Qiyamət çox ağır bir hadisədir. Əgər vaxt ötdükcə başqa hadisələr adiləşirsə, 
qiyamət hadisəsi ağır olaraq qalır. 
3. Allah “düşməni mənə tapşır” deyə Peyğəmbərinə (s) təsəlli verir. 
4. Həm yaranış, həm də həyatın davamı Allahın əlindədir. 


149 
5. Əlimizdəki var-dövlət, ətrafımızdakı övladlar bizi qürrələndirməsin. Unutmayaq 
ki, bir gün tək-tənha gəlmişik, bir gün də tək-tənha gedəsiyik. 
6. Bəşəriyyətin mal-mülkü Allahın iradəsindən asılıdır. Düşünməyək ki, bizə elm və 
hünərimizə görə nemət verilib. 
Ayə 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25: 
 ُعَص ُهُقِه ْرُأََس﴿﴾اادیِنَع اَنِتاَی ِلَ َناَك ُه نِإ لاَك﴿﴾َدی ِزَأ ْنَأ ُعَمْطَی مُث﴿
َر كَف ُه نِإ﴿﴾اادو
َرَبْدَأ مُث﴿﴾َرَسَب َو َسَبَع مُث﴿﴾َرَظَن مُث﴿﴾َر دَق َفْیَك َلِتُق مُث﴿﴾َر دَق َفْیَك َلِتُقَف﴿﴾َر دَق َو
﴾ ِرَشَبْلا ُل ْوَق لًِإ اَذَه ْنِإ﴿﴾ُرَثْؤُی ٌرْحِس لًِإ اَذَه ْنِإ َلاَقَف﴿﴾َرَبْكَتْسا َو
 
“Bununla belə, tamahı var ki, artırım; heç vaxt! Çünki o ayələrimizə qarşı inad 
göstərdi; tezliklə onu ağır əzaba düçar edərəm; həqiqətən, o, (Quranla mübarizə 
üçün) düşündü və ölçüb-biçdi; ölüm olsun ona, necə ölçüb biçdi! Yenə ölüm olsun 
ona ki, pis ölçüb biçdi; sonra baxdı; sonra üzünü turşutdu, işə tələsdi; sonra arxa 
çevirib təkəbbür göstərdi; sonra dedi: “Bu (Quran) nəql olunan sehrdən başqa bir 
şey deyil; bu yalnız bir bəşər sözüdür.” 
Nöqtələr 
 
◘”Ənid” sözü “inad” sözündəndir. Yəni kafirlər haqqı anlayırdılar, amma inadkarlıq 
səbəbindən onu qəbul etmək istəmirdilər. 
◘”İrhaq” sözündən olan “urhiqu” sözü bir şəxsi çətin işə vadar etmək mənasını 
bildirir. 
◘”Səud” dedikdə elə bir dolama nəzərdə tutulur ki, ondan ötüb-keçmək, onunla 
yuxarı qalxmaq çətin olsun. 
◘”Qəddərə”, “təqdir” sözləri Quranın sehr, şer, kahinliklə müqayisəsinə işarədir. 
◘Quran həm küfr, həm yalana münasibətdə “qutilə” sözünü işlədir.
1
Peyğəmbər və Qurana qarşı fitnəkarlığa münasibətdə isə uyğun söz iki dəfə 
işlədilmişdir. 
◘23-cü ayədə buyurulur ki, indi görək haqqa arxa çevirən, ona qarşı çıxanın cəzası 
nədir? 
Quran haqqı tanıdığı halda onu inkar edənlərin çeşidli cəzalara düçar ediləcəyini 
bildirir: Həyatda istiqamətlərini itirərlər, şeytanın hiylələri onu yer üzündə avara qoyar
2

Allah onun qəlbini sıxıntıya salar
3
; Dolanışığı çətinləşər
4
; Bədbəxtlik ona hakim kəsilər.
5
Həmin gün kafirlər əzab zillətini yaşayasıdır; belələri ilahi nemətlərdən düzgün faydalana 
bilməzlər. Quran buyurur ki, Allah onların qəlbini, qulağını, gözlərini möhürləyər, ilahi 
həqiqətləri dərk edə bilməzlər
6
; Əməlləri ilğım kimi puç olar
7
; Bütün əməlləri iti küləyin 
hədələdiyi kül kimi olar
8
; Onların zərərləri hər an artar
1
; Daim haqq yoldan uzaqlaşarlar
2

uzaqlaşarlar
2
; Cəhənnəmdən savayı bir yolları qalmaz.
3
1
“Əbəsə”, 17; “Zariyat”, 10 
2
“Ənam”, 71 
3
“Ənam”, 125 
4
“Taha”, 123 
5
“Nəhl”, 27 
6
“Bəqərə”, 7 
7
“Nur”, 39 
8
“İbrahim”, 18 


150 
◘Əmirəl-möminin Əli (ə) “Nəhcül-bəlağədə” müsəlmanları məzəmmət edir ki, nə 
üçün düşmənlər sizə plan cızdığı bir vaxt yatırsınız?!
4
◘İnadkar insanlar adətən qaba davranır, mötədillikdən uzaq olur. “Əbəsə” və 
“bəsərə” sözləri demək olar ki,eyni mənanı bildirir. Hər iki söz amansızlığa işarədir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin