Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə152/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   148   149   150   151   152   153   154   155   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Allahdan uzaq düşmüş insan tamahkar və acgözdür. 
2. Düşmən bir çox arzularına çatmaz. 
3. Yersiz istəklərə sərt cavab verin.
4. İnsana inadkarlıq ruhu hakim olduqda o ilahi ayələri təkzib edir. 
5. İnadkarlıq ilahi nemətləri puça çıxarır. 
6. İnadkarlıq üzücü əzaba səbəb olur. 
7. Dünyada məsdedici rifah və ləzzət qiyamətdə ağır əzabla sonuclanır. Bəli, hər 
enişin bir yoxuşu var. 
8. Düşmən düşüncəli və proqramlı hərəkət edir. 
9. Düşmənin proqramı Quran, ilahi ayələrlə mübarizə üzərində qurulub. 
10. Puç düşüncələr və azğın mütəfəkkirlər var. 
11. Fitnəkarlar bilsinlər ki, gələcək nəsillər onları lənətləyəcək. 
12. Düşməni lənətləmək nəinki caizdir, hətta zəruridir. 
13. İşi-gücü insanların əqidəsini zəhərləmək olan fərdlər, azğın rəhbərlər daim 
lənətlənməlidir. 
14. Pis düşüncə təhlükə işlər üçün müqəddimədir. 
15. Bir anlıq düşüncə uzun illər davam edəcək xeyir və şər iş üçün müqəddimə ola 
bilər. 
16. Düşmən nəzarət və araşdırmalar yolu ilə dinə qarşı tədbirlərini gücləndirir. 
17. Düşməndən təbəssüm gözləməyək. 
18. Düşmən müvəffəqiyyətə çatmaq üçün xeyli vaxt sərf edir. 
19. Kafirlər də Quranı cazibədar, sirli kəlam sayır. 
Ayə 26, 27, 28, 29, 30: 
 ِت اَهْیَلَع﴿﴾ ِرَشَبْلِ ل ٌةَحا وَل﴿﴾ُرَذَت َلً َو يِقْبُت َلً﴿﴾ُرَقَس اَم َكاَرْدَأ اَم َو﴿﴾ َرَقَس ِهیِلْصُأََس﴿
 َةَعْس
﴾ َرَشَع
 
“Onu səqərə (cəhənnəm təbəqələrindən birinə) gətirməyimizə az qalıb; sən 
bilmirsən səqər nədir; o nə saxlayar, nə də boşlayar; dərini tamam məhv edər; ona 
(cəhənnəmə) 19 nəfər əzab mələyi nəzarətçi qoyulmuşdur.” 
 
Nöqtələr 
 
◘Cəhənnimin adlarından biri də səqərdir. Bu söz əslində günəşin hərarəti qarşısında 
ərimə mənasını bildirir.
5
1
“Fatir”, 39 
2
“Nisa”, 167 
3
“Nisa”, 169 
4
“Nəhcül-bəlağə”, xütbə 34 
5
“Mufrədate-Rağib” 


151 
◘”Ləvvah” və “təlvih” sözləri bir rəngin qara və ya qırmızıya dönməsini bildirir. 
◘”Buşrə” sözünün cəm forması olan “bəşər” sözü dərinin zahirinə işarədir. 
◘Tarixi mənbələrdə bildirilir ki, Əbu-Cəhl cəhənnəmin 19 məmuru olduğunu 
biləndə ətrafındakılara dedi: “Sizin onunuz onlardan birini məğlub edər.” Qüreyş 
döyüşçülərindən biri söylədi: “Mən onların 17-sini öhdəmə götürürəm, siz 2-sini məğlub 
edin.”
1
◘Bəzilərinin nəzərincə, “nə saxlayar, nə də buraxar” dedikdə nəzərdə tutulur ki
cəhənnəm odu nə öldürər, nə də sağ buraxar. Bu ayə “Əla” surəsinin 13-cü, “Nisa” 
surəsinin 59-cu ayəsinin oxşarıdır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin