Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə155/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   151   152   153   154   155   156   157   158   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Allahın təbiətdə yaratdıqları müəyyən əhəmiyyətlərə malikdirlər və onlara and 
içilə bilər. 
2. İslam Peyğəmbərinin xəbərdarlıqları bütün bəşəriyyətə ünvanlanmışdır. 
3. Bəşəriyyətin hidayəti üçün xəbərdarlıq zəruridir. 
4. İnsan ixtiyar və iradə sahibidir. 
5. Dindar insan başqalarından öndədir, dinsiz insan geri qalmışdır. 
Ayə 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47: 
 َنیِه َر ْتَبَسَك اَمِب ٍسْفَن ُّلُك﴿
ِنَع﴿﴾َنوُلءاَسَتَی ٍتا نَج يِف﴿﴾ِنیِمَیْلا َباَحْصَأ لًِإ﴿﴾ٌة
یِكْسِمْلا ُمِعْطُن ُكَن ْمَل َو﴿﴾َنیِ لَصُمْلا َنِم ُكَن ْمَل اوُلاَق﴿﴾َرَقَس يِف ْمُكَكَلَس اَم﴿﴾َنیِم ِرْجُمْلا
 ا نُك َو﴿﴾َن
﴾ ِنیِ دلا ِم ْوَیِب ُبِ ذَكُن ا نُك َو﴿﴾َنی ِضِئاَخْلا َعَم ُضوُخَن
﴾ُنیِقَیْلا اَناَتَأ ى تَح﴿
 
“Hər kəs qazandığının girovudur; yalnız sağ tərəf əshabı istisnadır; onlar 
behişt bağlarında ikən günahkarlardan soruşarlar: sizi cəhənnəmə salan nə oldu? 
Deyərlər: Biz namazqılanlardan deyildik; miskinlərə təam vermirdik; batil əhli ilə 
batil söhbətlərə qatılmışdıq; daim cəza gününü təkzib edirdik; nəhayət ölüm 
sorağımıza gəldi.” 
 
Nöqtələr 
 
◘Sağ tərəf əshabı dedikdə “Vaqeə” surəsinin 27-ci ayəsində adı çəkilən qrup nəzərdə 
tutulur. Qiyamət günü onların əməlnaməsi onların sağ əllərinə verilər. 
◘Acı və şirin danışıqlar, salam və ya nifrinlər, sual və məzəmmətlər, günahı 
başqasının boynuna yıxmaq, insanların bir-birlərini lənətləməsi, möminlərin söhbəti, 
günahkarların günahkarlarla danışığı, günahkarların möminlərlə söhbəti, mələklərin 
möminlər və günahkarlarla danışığı çox olar. 
◘Miskinlərə təam verilməsi dedikdə ya vacib zəkatın tərk olunması, ya da zəkat 
ödəndikdən sonra doyurdulması vacib olan aclara diqqətsizlik göstərilməsi nəzərdə 
tutulur. Bu qəbil diqqətsizlik insanı cəhənnəmə aparır. 
◘Miskinlərə təam verilməsi dedikdə onların geyim, məskən kimi bütün 
ehtiyaclarının ödənməsi nəzərdə tutula bilər. 
1
“Muddəssir”, 33; “Fəcr”, 4; “Təkvir”, 17 
2
“Təfsiri-nurus-səqəleyn” 


154 
◘Həm qiyamətin təkzibi günah üçün müqəddimə olur
1
, həm günah insanı küfr və 
təkzibə sürükləyir.
2
Bu səbəbdən də qiyamətin təkzibi həm günahkarların ötən ayədə 
sadalanmış əməllərinin səbəbi, həm də günahların nəticəsi ola bilər. 
◘Ayədə “yəqin” deyilərkən ölüm nəzərdə tutulmuşdur. Olsun ki, ölüm ən labüd 
işdir, kimsə ona şəkk etmir. Həm də ölüm vaxtı bütün həqiqətlər aşkarlanır, insan əminlik 
dərəcəsinə çatır. 
◘Ardıcıl və yerində qılınmayan namaz insanın namazqılanlardan sayılması üçün bəs 
etmir. “Biz namazqılanlardan deyildik” deyilərkən namazların davamlı olmaması nəzərdə 
tutulur. “Maun” surəsinin 5, 6-cı ayələrində də namaza yüngül yanaşılmasına işarə 
olunur. Bu qəbil namazlar insanı şəfaətdən məhrum edir.
3
İmam Sadiq (ə) şəhadət 
astanasında yaxınlarını çağırıb onlara namaza ciddi yanaşmalarını tapşırır və bildirir ki, 
namaza yüngül yanaşanlar şəfaətdən bəhrələnməyəcəklər.
4
◘İnsanlar ya “faiz”, ya da “haizdir”. Yəni onlar ya yüksəlib qurtuluşa çatır, ya da 
tənəzzül edib süquta uğrayır. 
◘Qurtubi sünnə əhlinin tanınmış təfsirçilərindəndir. O imam Baqirdən (ə) belə nəql 
edir: “Biz və bizim şiələrimiz yəmin əshabıyıq. Kimin qəlbində biz Əhli-beytə (ə) kin-
küdurət, düşmənçilik olsa, həmin şəxs girovdadır.”
5

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin