Nur təFSİRİ


“Gözlərin bərələcəyi; ayın tutulacağı; günəşlə ayın birləşəcəyi zaman; həmin



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə162/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   158   159   160   161   162   163   164   165   ...   317
NUR-TƏFSİRİ-12

 
“Gözlərin bərələcəyi; ayın tutulacağı; günəşlə ayın birləşəcəyi zaman; həmin 
gün insan deyəcək: “Hara qaçmaq olar? Əsla sığınacaq yoxdur! O gün dayanacaq 
yalnız Allahın hüzurundadır; həmin gün insana öncədən göndərdikləri və özündən 
sonraya saxladığı əməlləri xəbər verilər; buna baxmayaraq ki, insan öz nəfsini 
görür nə qədər bəhanə gətirir gətirsin!” 
 
Nöqtələr 
 
◘”Fəiza bəriqəl-bəsər” dedikdə insanın gözlərində müşahidə olunan qorxu və dəhşət 
nəzərdə tutulur. 
◘”Vəzər” dedikdə dağ və qala kimi sığınacaqlar nəzərdə tutulur. İnsan qiyamət günü 
ya Allahdan həya etdiyi, ya sorğu-sualdan qaçmaq üçün sığınacaq axtarır. 
◘”Məazirət” “mənzərət” sözünün cəm formasıdır. Bu söz günahın nəticələrini 
yuyacaq bir şey tapmaq mənasını bildirir. Bu həm yerli, həm də yersiz üzürxahlıq ola 
bilər. 
◘İnsan adətən öz büdrəmələrinə don geyindirmək üçün bəhanələr gətirir. Məsələn: 
bəzən deyir ki, xəbərsiz olmuşam
1
; bəzən də deyirlər ki, başçılarımız bizi azdırdı
2
; bəzən 
isə “şeytan bizi azdırdı” söyləyirlər. Amma şeytan “məni məzəmmət etməyin, özünüz 
müqəssirsiniz” deyə cavab verir.
3
◘İmam Baqir (ə) “bima qəddəmə və əxərə” ayəsinin təfsirində buyurur: “Əgər insan 
özündən sonra üçün yaxşı yol qoyarsa, insanlar ona əməl etdikdə mükafat alar. Əgər 
özündən sonra üçün pis yol qoyarsa, insanlar həmin yolda günaha batdıqca 
cəzalandırılar.”
4
Bildirişlər 
 
1. Varlıq aləmindəki nizam qiyamət günü pozular. 
2. Qiyamət hadisəsinin dəhşəti insanın bütün vücudunu bürüyər. Gözlər bərələr 
qəlblər lərzəyə gələr, ağıllar çaşar, insanlar məst halda görünər. 
3. Qiyamət günü insanlara onların günahları anladılar. 
4. İnsan həm öz əməllərinə həm də özündən sonraya qoyduğu yolu gedənlərin 
əməllərinə görə cavab verər. 
5. Qiyamət məhkəməsində insanın əleyhinə şəhadət verən ən əsas şahid onun 
vicdanıdır. 
6. Həmin gün insan üzürxahlıq üçün göstərdiyi səbəblərə özü də inanmaz. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin