Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə166/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   162   163   164   165   166   167   168   169   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Canvermə anlarının təsviri dünyaya əsarət zəncirlərini qırmaq üçün ən yaxşı 
vasitədir. 
2. Canvermənin ən ağır məqamı ruhun boğaza yığıldığı andır. 
3. Ölümə çarə yoxdur. Elə bir dövr gələr ki, hamı Allahın qüdrətinin qarşısında aciz 
qalar, öz çarəsizliyini dilə gətirər. 
4. İnsanın dünyaya bağlılığı o qədər güclüdür ki, hətta ölüm məqamında öz gedişinə 
əmin olmaz. 
5. Dünyanı sevib axirəti yaddan çıxaranlar bilsinlər ki, bir gün öz əzizlərindən 
ayrılasıdırlar. 
6. Ölüm anı övladlardan, var-dövlətdən, vəzifədən, imkanlardan ayrılıq anıdır. 
7. Ölümdən sonra ruh fəallığında qalır. (Ayələrdə puçluq yox, ayrılıqdan danışılır.) 
8. Ölüm anları çox ağır anlardır. 
9. Allaha doğru hərəkət və qayıdışdan başqa yol yoxdur.
10. Əqidələr əməllər üçün müqəddimədir. Haqqı təsdiqləməyən insan, şübhəsiz ki, 
namaz qılmayacaq. 
11. Bütün dini həqiqətlərin təsdiqi zəruridir. Dini zərurətləri təsdiqləməyən insan 
əslində dini təsdiqləməmiş olur. 
12. İmanın ilkin nişanəsi, dinin təsdiqi namazdır. 
13. Din və dini vəzifələrdən uzaqlıq qürur və məstlik amilidir. Başqa bir ayədə 
bildirilir ki, günahkarlar öz əhlləri arasında məst halda gülərlər.
3
14. Ardıcıl inkarlara ardıcıl hədələrlə cavab verilməlidir. 
15. Təkəbbür əhli alçaldılmalıdır. 
Ayə 36, 37, 38, 39, 40: 
 َف اةَقَلَع َناَك مُث﴿﴾ىَنْمُی ٍ يِن م نِ م اةَفْطُن ُكَی ْمَلَأ﴿﴾ىادُس َكَرْتُی نَأ ُناَسنِ ْلْا ُبَسْحَیَأ﴿
َقَلَخ
 َو َرَك ذلا ِنْیَج ْو زلا ُهْنِم َلَعَجَف﴿﴾ى وَسَف
 ْوَمْلا َيِیْحُی نَأ ىَلَع ٍرِداَقِب َكِلَذ َسْیَلَأ﴿﴾ىَثنُ ْلْا
﴾ىَت
 
“Yoxsa insan özbaşına buraxılacağını zənn edir? Məgər o (ana bətninə) 
axıdılan nütfə deyildimi? Sonra laxta qan oldu; Allah onu xəlq edib möhkəmlətdi; 
ondan qadın və kişi olmaqla iki cins yaratdı; həmin Allah ölüləri diriltməyə qadir 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin