Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə168/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   164   165   166   167   168   169   170   171   ...   317
NUR-TƏFSİRİ-12

“İNSAN” SURƏSİ 
 
(76-CI SURƏ; 31 AYƏ) 
 
İYİRMİ DOQQUZUNCU CÜZ 
 
“İNSAN” SURƏSİNİN SİMASI 
 
Rəvayətdə nəql olunur ki, bir gün imam Həsən (ə) və imam Hüseyn (ə) 
xəstələnmişdilər. Peyğəmbər (s) müsəlmanlarla birlikdə onları yoxlamağa gəldi. Həzrət 
Əliyə (ə) təklif etdi ki, uşaqların sağalması üçün oruc nəzir etsin. Həmin nəzirdən sonra 
körpələr sağaldılar. Həzrət Əli (ə) və xanım Fatimə (s.ə.) üç gün oruc tutdular. Amma 
həmin üç gündə iftar üçün evdə yemək olmadı.
Həzrət Əli (ə) yəhudi Şəmundan bir miqdar arpa borc aldı. Onlar şörək bişirdilər. 
Şam vaxtı namazlarını qıldılar. İftar etmək istəyəndə bir miskin, bir yetim və bir sail 
qapını döydü. Onlar yeməyə bir şey istəyirdilər. Peyğəmbər (s) Əhli-beyti (ə) Allahın 
razılığına xatir öz süfrəsində olanları həmin şəxslərə verib su ilə iftar etdilər. Allah-taala 
Əhli-beytin (ə) bu isarı ilə bağlı hazırkı surəni nazil etdi. 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
Ayə 1, 2: 
 َناَسن ِ ْلْا اَنْقَلَخ ا نِإ﴿﴾ااروُكْذ م اائْیَش نُكَی ْمَل ِرْه دلا َنِ م ٌنی ِح ِناَسن ِ ْلْا ىَلَع ىَتَأ ْلَه﴿
 ن ِم 
 َنْلَعَجَف ِهیِلَتْب ن ٍجاَشْمَأ ٍةَفْطُّن
﴾ا اری ِصَب ااعیِمَس ُها
 
“İnsan üçün elə bir dövr olub keçmişdirmi ki, yada salınası olmaya? Həqiqətən, 
biz insanı qatışıq nütfədən yaratdıq ki, onu sınağa çəkək. Onun eşidən və görən 
qərar verdik.” 
 
Nöqtələr 
 
◘”Dəhr” dedikdə dövr, “ənşac” dedikdə qatışıq mənaları nəzərdə tutulur. “Əmşac” 
sözü “məşic” sözünün cəm formasıdır. 
◘İmam Baqir (ə) bir rəvayətdə buyurur: “İnsan öncə xatırlanası deyildi, sonradan 
ona belə bir qabiliyyət verildi.”
1
◘İmam Sadiq (ə) buyurur: “İnsanın varlığı Allah tərəfindən müəyyənləşdirilmişdi, 
amma hələ ki mövcud deyildi.”
2
◘İmam Baqir (ə) buyurur: “Nutfətin ənşac” dedikdə cütlərin nütfəsinin qatışması 
nəzərdə tutulur.”
3
◘Yatmış vicdanı oyatmaq üçün bəzən məsələ sual şəklində ortaya qoyulur. Məsələn, 
ana öz övladından soruşur: “Məgər sənə süd verən mən deyiləmmi?” Bu ayədə də məsələ 
1
“Təfsiri-Bürhan” 
2
“Təfsiri-kənzul-dəqaiq” 
3
“Təfsiri-nurus-səqəleyn” 


167 
sual şəklində ortaya qoyulur. Yəni həqiqətən, hər bir insanın yada salınmayası bir dövrü 
olub.
◘İnsanın dəyərsizliyi əslində təbii bir işdir. Amma insan öz əməlləri ilə özünü 
dəyərdən salır. Quranda buyurulur: “Ey kitab əhli! Əgər səmavi kitabı bərpa etməsəniz 
bir heçsiniz.”
1
◘Quran insanın nütfədən yaranışını 16 dəfə qeyd edir. Bu təkrarlar həm Allahın 
qüdrətini bəyan edir, həm də insanı təkəbbürdən çəkindirir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin