vaxt təyin olunar; (soruşular) hansı gün üçün əcəl təyin olunub? Mühakimə günü üçün; sən nə bilirsən ki mühakimə günü nədir?” Nöqtələr ◘”Təms” dedikdə məhv olmaq, aradan götürülmə mənaları anlaşılır. Olsun ki,
günəşin nurunun aradan getməsi nəzərdə tutulmuşdur.
◘”Fərc” dedikdə yarıq mənası anlaşılır. Ayədə səmanın yaraılması, parçalanması
nəzərdə tutulur.
◘”Uqqitət” sözü “vəqt” sözündən olub qiyamətdə peyğəmbərlər üçün vaxt təyin
edilməsinə işarədir. Başqa ayələrdə də uyğun məzmunla rastlaşırıq.
1
◘Qiyamətin adlarından biri də “yəvmul-fəsl”, yəni ayrılıq günüdür. “Həcc” surəsinin
17-ci ayəsində buyurulur ki, Allah-taala qiyamət günü onların arasında ayrılıq salar.
◘Bu ayələrdə qiyamətin əzəməti üç təbirlə yada salınır: “Li əyyi yəvmin uccilət,
liyəvmil-fəsl, və ma ədrakə ma yəvmul-fəsl.” “Yəvm”, “gün” sözünün təkrarı əzəmət
göstəricisidir.
◘Qurani-kərimin digər ayələrində də oxşar ayə ilə rastlaşırıq.
2
Bildirişlər 1. Varlıqdakı nizam qiyamət günü pozular. Ulduzlar məhv olar, səma parçalanar. Bu
barədə Quranda dəfələrlə xəbərdarlıq olunur.
2. Qiyamətin mahiyyətini yalnız vəhy yolu ilə öyrənmək mümkündür.
3. Bir mövzudan ki, peyğəmbər lazımınca xəbərdar deyil, başqaları necə xəbərdar
olsun?!
4. Qiyamət günü peyğəmbərlərin ümmətlərə şəhadəti üçün müəyyən vaxt təyin
olunmuşdur.
Ayə 15, 16, 17, 18, 19: ُلَعْفَن َكِلَذَك﴿﴾َنی ِر ِخ ْلَا ُمُهُعِبْتُن مُث﴿﴾َنیِل وَ ْلْا ِكِلْهُن ْمَلَأ﴿﴾َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوَی ٌلْی َو﴿ ﴾ َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوَی ٌلْی َو﴿﴾َنیِم ِرْجُمْلاِب “Həmin gün vay halına təkzib edənlərin; məgər öncəkiləri həlak etmədik? Sonra başqalarını da onların ardınca gətirərik; biz günahkarlarla belə rəftar edirik; vay olsun həmin gün təkzib edənlərin halına.” 1
“Maidə”, 109
2
“Təkvir”, 2; “İnşiqaq”, 1; “Taha”, 105; “Maidə”, 109