“Üzərinizdə yeddi möhkəm (səma) qurduq; (günəşi) parlaq çıraq qərar verdik; sıx buludlardan bol su endirdik; belə ki, bu yolla bitkilər və ağacı çox bağlar cücərdək.” Nöqtələr ◘”Musirat” sözü çıxmaq mənasını bildirən “əsr” sözündəndir. Bu söz ya sanki özünü
sıxıb yağış yağdıran buludlara, ya da yağış üçün çıxılmış buludlar hazırlayan küləklərə
aiddir.
1
Bildirişlər 1. Allah varlıq aləminə müdiriyyəti müəyyən nizam əsasında həyata keçirir. Bu işdə
səbəbiyyət, səbəb-nəticə kimi qanunlar gözlənilir. Günəşin işığı və istisi buludlar və
yağışla birlikdə təbiət aləmini cana gətirir.
2. Quran şer deyil. Amma onda xüsusi bir ahəng var.
3. Təbii vasitələr bizi Allahdan qəflətdə saxlamamalıdır.
4. Ölü torpağı yağışla dirildib ona təravət verən Allah ölüləri diriltməyə aciz deyil.
Ayə 17, 18, 19, 20: َحِتُف َو﴿﴾ااجا َوْفَأ َنوُتْأََتَف ِروُّصلا يِف ُخَفنُی َم ْوَی﴿﴾ااتاَقیِم َناَك ِلْصَفْلا َم ْوَی نِإ﴿ ءاَم سلا ِت اَكَف ُلاَب ِجْلا ِتَرِ یُس َو﴿﴾اابا َوْبَأ ْتَناَكَف ﴾اابا َرَس ْتَن “Həqiqətən, ayrılıq günü (bizim sizinlə) görüş üçün müəyyənləşmiş vəd vaxtıdır; elə bir gün ki, sur üfürülər, (insanlar) dəstə-dəstə gələrlər; səma genişlənər, açıq qapılar halına gələr; dağlar hərəkətə gəlib ilğım kimi olar.” Nöqtələr ◘Qiyamət günü bütün insanlar bir yerə toplanacağı üçün həmin gün toplanış günü
adlandırılır. Amma həmin gün həm də ayrılıq günüdür. Çünki yaxşılar pislərdən, haqq
batildən seçiləcək.
◘Rəvayətlərdə bildirilir ki, qiyamət günü insanlar müxtəlif qruplara bölünər. Söz
gəzdirənlər meymun, haram yeyənlər donuz şəklində, sələmçilər alt-üst olmuş, zalım
hakimlər kor, xüdpəsəndlər kar və lal, əməlsiz alim dilini çeynəyən vəziyyətdə səhnəyə
gətirilər. Qonşunu incidən insan əlsiz-ayaqsız, libası ilə öyünənlər cəhənnəm libasında
məhşur olar.
2
◘Dağların hərəkəti onların parçalanması, toza çevrilməsi, sonda ilğıma dönməsi
üçün bir müqəddimədir.