Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə196/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   192   193   194   195   196   197   198   199   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Təbiətin məhvi qiyamətin müqəddimələrindəndir. 
2. Qiyamət zəlzələləri ardıcıl şəkildə baş verər. 
3. Qiyamətdə iztirab keçirməyən qəlblər də var. 
4. Ruhla cisim arasında dərin bir rabitə var. 
5. Bəziləri qiyamətlə bağlı sualları təkrarlamaqla şübhə yaradırlar. 
Ayə 15, 16, 17, 18, 19: 
 ُه نِإ َن ْوَع ْرِف ىَلِإ ْبَهْذا﴿﴾ى اوُط ِس دَقُمْلا ِدا َوْلاِب ُهُّبَر ُهاَداَن ْذِإ﴿﴾ىَسوُم ُثیِدَح َكاَتأ ْلَه﴿
 َه ْلُقَف﴿﴾ىَغَط
﴾ىَشْخَتَف َكِ بَر ىَلِإ َكَیِدْهَأ َو﴿﴾ى كَزَت نَأ ىَلِإ َك ل ل
 
“Musanın əhvalatı sənə çatdımı? Bir vaxt Rəbbi ona müqəddəs Tuva vadisində 
belə nida etdi: “Firona doğru ged, o azğınlıq edib. Ona de ki, paklanmaq 
istəyirsənmi? Səni Rəbbinə doğru hidayət edimmi ki, qorxasan (azğınlıq 
etməyəsən).” 
 
Nöqtələr 
 
◘”Vad” sözü vadi sözündəndir və iki dağ, iki təpə arasındakı ərazini bildirir. Tur 
dağının aşağısındakı vadi “tuba” adlanır. 
◘”Xəşyət” Allahın əzəməti qarşısında imandan yaranan qorxu mənasını bildirir. 
◘”Zəkat” sözündən olan “təzəkka” sözü həm inkişaf, həm inkişaf, həm də paklıq 
mənalarını ifadə edə bilər. 
1
“Təfsirul-mizan” 
2
“Ənfal”, 2 
3
“Yunus”, 62 


195 
◘Allahla söhbət yeri pak və müqəddəs olmalıdır.
1
Bildirişlər 
 
1. Söhbətə sualla başlamaq dinləyicinin marağını gücləndirir. 
2. Keçmiş peyğəmbərlərin əhvalatlarının nəqli sonrakı peyğəmbərlərin ruhiyyəsini 
gücləndirir. 
3. İlahi rəhbərlər azğın rəhbərlərlə mübarizədən öncə Allahla rabitələeini 
möhkəmləndirirlər. 
4. Yer üzündə bəzi ərazilərin xüsusi hörməti və müqəddəsliyi var. 
5. Peyğəmbərlər zalım hakimlərlə mübarizənin rəhbərləridirlər. 
6. Nəhy əz munkər zamanı pisliklərin kökünü axtarın. 
7. Hətta Fironun da hidayətindən ümidinizi üzməyin. Haqqı bəyan edib xəbərdarlığı 
başa çatdırın. 
8. Nəhu əz munkərdə, insanları pis işlərdən çəkindirərkən hətta zalım hakimlərlə 
aram danışın. 
9. Suallar ünvanlamaqla fitrətləri oyadın. 
10. Təbliğdə mülayim danışmağın zəruriliyini unutmayın. 
11. Peyğəmbərlərin dəvətində əsas məqsəd insanların paklanmasıdır.
12. İnsanların dəvət və təbliğində hamının bəyənib qəbul edəcəyi sözlərdən istifadə 
edin. 
13. İnsanların paklanmağa meyli olmasa peyğəmbərlərin təlaşları əbəsdir. 
14. Peyğəmbərlər zalım hakimlərlə mübarizədə öncə öyüd-nəsihətə yer verir. 
15. Allah qorxusu hidayətin qəbulu nişanəsidir. 
16. Peyğəmbərlər insanları özlərinə tərəf yox, Allaha doğru çağırmışlar. 
17. Azğın yolda Allah qorxusu və paklıq yoxdur.
18. İnsanın əxlaqi baxımdan pak olmaması azğınlığın köküdür. 
19. Fərdlərin islahı onların istək və iradələrindən asılıdır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin