salar; cəhənnəm hər görən şəxs üçün aşkar olar; həddi aşıb, dəyərsiz dünya həyatını üstün tutanın yeri, şübhəsiz, cəhənnəmdir; amma Rəbbinin məqamından qorxub nəfsini saxlayanın yeri, şübhəsiz, behiştdir.” Bildirişlər 1. Qiyamət bütün başqa hadisələri öz təsiri altına alan böyük və əhatəli bir hadisədir.
2. İnsan qiyamətdə daim dünyadakı işlərini yada salar.
3. Azğınlığın kökü dünyapərəstlikdir.
4. Allah üçün qorxu yoxdur və Onun məqamı insanlar üçün qorxu səbəbidir.
Günahkar insan, adətən, hakimdən qorxur.
5. Nəfslə mübarizənin əsası Allah qorxusudur.
6. İnsan nəfsi fitnəkardır, onu cilovlamaq lazımdır.
7. İlahi qanunlar hamıya tətbiq olunur.
8. Dünya yox, dünyanın axirətdən üstün tutulması pisdir.
Ayə 42, 43, 44, 45, 46: ْرُم َنا یَأ ِةَعا سلا ِنَع َكَنوُلَأَْسَی﴿ اَم نِإ﴿﴾اَهاَهَتنُم َكِ بَر ىَلِإ﴿﴾اَهاَرْكِذ نِم َتنَأ َمیِف﴿﴾اَهاَس ﴾اَهاَحُض ْوَأ اة یِشَع لًِإ اوُثَبْلَی ْمَل اَهَن ْوَرَی َم ْوَی ْمُه نَأََك﴿﴾اَهاَشْخَی نَم ُرِذنُم َتنَأ “Səndən qiyamətin nə vaxt baş verəcəyi barədə soruşurlar; sən bu barədə nə deyə bilərsən?! Bu işin başlanğıcı və sonu yalnız sənin Allahına məlumdur; sənin vəzifən qorxan kəsə xəbərdarlıq etməkdir; qiyaməti gördükləri gün (dünya və bərzəxdə) bir gecə və ya bir gün qaldıqlarını düşünərlər.” Nöqtələr ◘Quranda qiyamətlə bağlı suallar mövzusuna dəfələrlə toxunulur. Amma bus sual
cavablandırılmır. Çünki ölüm və qiyamət vaxtının məxfi qalması ilahi lütflərdəndir. Əgər
insan öz ölümünün və qiyamətin vaxtını bilsəydi rahatlığı pozulardı.
◘Əsas məsələ qiyamətin vaxtını bilmək yox, bu hadisənin gerçəkliyinə inanmaqdır.
◘Qafil insanlar üçün xəbərdarlıq müjdədən təsirlidir.
Bildirişlər 1. Qiyamətlə bağlı bəzi suallar yersizdir və onlara cavab verməmək olar.
2. Bəşəriyyətə aid olmayan mövzularda danışmaq mənasızdır.
3. Bəşəriyyətin elmi məhduddur, onlar ilahi elmin sonuna çata bilməzlər.
4. Peyğəmbərin vəzifəsi insanları məcbur etmək yox, onlara öyüd-nəsihətdir.
198
5. Peyğəmbərlərin dəvətinin qəbulu üçün insanların ruhi hazırlığı və günahdan
qorxması şərtdir.
6. Axirət o qədər əzəmətlidir ki, bütün dünya və bərzəx ömrü onunla müqayisədə bir
gecə və ya bir gündüzü xatırladır.