Nur təFSİRİ


Çap növbəsi:..........................................................................Birinci



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə2/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   2   3   4   5   6   7   8   9   ...   317
NUR-TƏFSİRİ-12

Çap növbəsi:..........................................................................Birinci 
Tiraj:...........................................................................................2000 



Əziz və diqqətli oxucu! Quran təfsiri 
t
ərcüməsinin nə dərəcədə əhəmiyyətli və 
inc
ə iş olduğunu anlasaq da, nöqsanlardan 
qaça bilm
ədik. “Həyy” və “qəyyum” kimi 
yüzl
ərcə mirvari tə`birini bəsit şəkildə 
t
ərcümə etmək zorunda qaldıq. Gələcəkdə 
bu ilahi 
işdə yardımçı olacağınızı düşünürük. 
Biz
ə ünvanlayacağınız qeydlər növbəti 
n
əşrlərdə nəzərə alınacaq. 
Dua istəyi ilə tərcüməçi.



RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ 
Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və 
onun məsum Əhli-beytinə! 
Ön söz 
Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-
xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə 
bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə 
qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik. 
Həmin vaxt eşitdim ki, Ayətullah Məkarim Şirazi bir qrup alimlə təfsir yazmaq 
qərarına gəlib. O mənim təfsir yazılarımı görüb bəyəndi və mən də onlara qoşuldum. 
İyirmi yeddi cildlik “Təfsiri-nümunə”nin başa çatması on beş il çəkdi. Həmin təfsir 
indiyədək dəfələrlə çap olunmuş və başqa dillərə tərcümə edilmişdir. “Təfsiri-
nümunə”nin təqribən yarısı yazılıb tamamlandığı vaxt imam Xomeyninin (r) rəhbərliyi 
ilə İslam inqilabı qələbə çaldı. Elə həmin ilk günlərdə mərhum Əllamə Şəhid 
Mütəhhərinin göstərişi ilə televiziyaya getdim. Artıq iyirmi yeddi ilə yaxındır ki, hər 
cümə axşamı İran İslam Respublikasının televiziyasında “Quran dərsləri” adı altında 
proqramda çalışıram. 
“Təfsiri-nümunə” başa çatanadək həmin heyətlə həmkarlıq etdim. Amma bu arada 
belə bir fikrə düşdüm ki, radioda hamının anlaya biləcəyi bir səviyyədə təfsir dərslərinə 
başlayım. Bu məqsədlə “Təfsiri-nümunə”dən əlavə, başqa on təfsirdən də qeydlər 
götürdüm. Artıq səkkiz ildir ki, həftədə bir gün, eləcə də, ramazan ayında hər gün 
“Ayineye vəhy” adı altında radio verilişləri yayımlanır. 
Dəfələrlə təklif edildi ki, radiodan danışdıqlarımı kitab şəklində nəşr etdirim. Öz 
yazılarımdan bir neçə cüzünü Ayətullah hacı Seyyid Mehdi Ruhani, Ayətullah Misbah 
Yəzdi üçün oxudum və öz təfsir üslubuma daha çox əmin oldum. Qeydlərimi tərtib üçün 
höccətül-islam Məhəmmədi və höccətül-islam Mühəddisiyə təqdim etdim. Məcmuə hazır 
olduqdan sonra onu Qumun “Dər-rahe həqq” müəssisəsinə verdim ki, Ayətullah 
Ustadinin nəzarəti altında çap olunub, maraqlananların ixtiyarına verilsin. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin