Nur təFSİRİ


Quranda münafiqlərin səciyyələri haqqında



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə20/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   16   17   18   19   20   21   22   23   ...   317
NUR-TƏFSİRİ-12

Quranda münafiqlərin səciyyələri haqqında 
 
Münafiqlər yalançıdırlar
3
; onlar konkret məqsəd izləmədiklərindən gündə bir qrupa 
qoşulur
4
; onlar məsələləri dərindən dərk etmir
5
; onlar cansız dirək kimidirlər
6
; namazda 
halsızdırlar
7
; sərt danışan, qaraqabaqdırlar
8
; Yalan andı özlərinə sipər edirlər; məsum 
rəhbərə qarşı çıxır, zəkat bölgüsünü ədalətli saymırlar
9
; gah havanın istiliyini, gah da 
soyuqluğunu bəhanə gətirib döyüş ruhiyyəsini zəiflədirlər
10
; Hətta məscidi fitnə 
mərkəzinə çevirirlər
11
; əhdlərinə vəfa qılmır, Allahın verdiyindən zəkat ayırmırlar
12

“səfehlər kimi iman gətirək” deyib müsəlmanları təhqir edirlər; insanlar Peyğəmbərin (s) 
ətrafından dağılsın deyə iqtisadi mühasirə yaradırlar; Allaha və möminlərə qarşı hiyləyə 
əl atırlar
13
; infaqdan ikrah duyurlar
14
; pisliyə çağırır, yaxşılığa mane olurlar
15
; siratdan 
qaçır, ikrah duyurlar
16
; bir söz eşidəndə araşdırmadan şayiə yayırlar.
17
Münafiqlərin təhlükəsi böyük olduğundan Qurani-kərimin müxtəlif surələrində 
onların xüsusiyyətləri açıqlanır. Mədinə surələri arasında demək olar ki, münafiqlərin 
yada salınmadığı surə yoxdur.
18
◘Nifaq əməldə yalanıdır. Münafiq küfrü gizlədib, özünü imanlı göstərir. Əlbəttə ki, 
müəyyən nöqtələri, məsələn, yoxsulluğu və ya abidliyi gizlətmək pis deyil. 
◘Münafiqlər iki qrupdur: onlardan bəziləri İslamın möhkəmləndiyini görüb iman 
gətirir, bəziləri isə öncə iman gətirib, sonradan dünyaya uyur, imanlarını əldən verirlər. 
Hər iki qrup zahirdə özünü imanlı göstərir. İslam ümməti bu qrupların hər ikisindən ağır 
zərbələr görmüşdür. 
◘Həzrət Peyğəmbərin (s) dövründə münafiqlərdən çox danışılırdı. Həzrət (s) 
dünyasını dəyişəndən sonra münafiq mövzusu aradan qalxdı. Bunun müəyyən səbəbləri 
var. Sual yaranır ki, Peyğəmbərdən (s) sonra bütün münafiqlər möminmi oldu?! 
Münafiqlər təkcə Əlinin (ə) ətrafına yığışmış Salman, Əbuzər və Miqdad kimi azlıqdan 
1
“Tədsiri-isna Əşəri” 
2
“Ğurərul-hikəm” 
3
“Munafiqun”, 1 
4
“Nisa”, 143 
5
“Munafiqun”, 7 
6
“Munafiqun”, 4 
7
“Nisa”, 142 
8
“Əhzab”, 19 
9
“Tövbə”, 58 
10
“Tövbə”, 80 
11
“Tövbə”, 107 
12
“Tövbə”, 75, 76 
13
“Bəqərə”, 9 
14
“Tövbə”, 53 
15
“Tövbə”, 67 
16
“Tövbə”, 81 
17
“Nisa”, 83 
18
“Təfsiri fi zilalul-Quran” 


26 
ibarət idimi?! Bəlkə Peyğəmbər (s) dövründə münafiqlik
 
münafiqlik göstərənlər qüdrətə 
çatdığından bu mövzu gündəmdən çıxdı?! 
◘Münafiqlər dünyada yalan danışdığı kimi axirətdə də yalandan and içər. Allah 
onları yalançı adlandırır.
1
◘Həzrət Peyğəmbər (s) buyururdu ki, mən kafirlərdən qorxmuram, münafiqlərdən 
ehtiyatlanıram.
2
Həzrət (s) digər bir tərəfdən buyururdu: “Ümmətimin yoxsulluğundan 
yox, tədbirsizliyindən qorxuram.”
3
Bəli, əgər münafiqlər cahillərlə əl-ələ vesə, Siffeyn 
savaşı və Kərbəla vaqiəsi önə gələr. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin