Ayə 33, 34, 35, 36, 37: ِهِتَب ِحاَص َو﴿﴾ِهیِبَأ َو ِهِ مُأ َو﴿﴾ِهی ِخَأ ْنِم ُء ْرَمْلا ُّرِفَی َم ْوَی﴿﴾ُة خا صلا ِتءاَج اَذِإَف﴿ َِِ لُكِل﴿﴾ِهیِنَب َو ﴾ِهیِنْغُی ٌنْأََش ٍذِئَم ْوَی ْمُهْنِ م ٍئ ِرْما “Bir zaman ki, o dəhşətli səs yüksələr; bir gün ki insan öz qardaşından qaçar; həm də anasından, atasından, zövcəsindən və övladlarından; həmin gün onların hər biri üçün belə bir iş və müşkül var ki, onları (başqalarına köməkdən) saxlayar.” Nöqtələr ◘”Saxxə” dedikdə az qala qulağı kar edəcək dəhşətli səs nəzərdə tutulur. Burada ya
qiyamət nidasına, ya da qiyamət səhnəsindəki insanların ah-naləsinə işarə olunur.
◘Ötən ayələrdə maaşdan, bu ayələrdə isə məaddan danışılır.
◘İnsanın öz qardaşı, ata-anası, zövcəsi və övladlarından qaçmağının müəyyən
səbəbləri var. Bu səbəblərdən biri də onların zərərinə şərik olmamaqdır. İnsan qaçır ki,
kimsə ondan nə isə istəməsin. İnsan qaçır ki, onun rüsvayçılğından xəbər tutan olmasın.
İnsan qaçır ki, öz taleyini tez bir zamanda müəyyənləşdirsin.
Bildirişlər 1. Qiyamət hamının bir-birindən qaçdığı gündür. Həmin gün qardaş qardaşdan,
övlad ata-anadan, ər zövcədən, ata oğuldan qaçar.
2. Qiyamət günü qohumluq əlaqələri qırılar.
3. Qiyamət günü hərə özünü xilas etmək barədə düşünər.
4. Qiyamət günü başqalarına kömək əli uzatmaq imkanı yoxdur.
Ayə 38, 39, 40, 41, 42: 1
“Kafi”, c. 1, s. 50
204
َهُقَه ْرَت﴿﴾ٌة َرَبَغ اَهْیَلَع ٍذِئَم ْوَی ٌهوُج ُو َو﴿﴾ٌة َرِشْبَتْسُّم ٌةَك ِحاَض﴿﴾ٌة َرِفْسُّم ٍذِئَم ْوَی ٌهوُج ُو﴿ ا ﴾ُة َرَجَفْلا ُة َرَفَكْلا ُمُه َكِئَل ْوُأ﴿﴾ٌةَرَتَق “Həmin gün bəzi çöhrələr işıqlı, təbəssümlü və şaddır; həmin gün bəzi