Nur təFSİRİ


çöhrələrə toz-torpaq qonmuşdur; onların üzünü zülmət bürümüşdür; onlar həmin



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə206/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   202   203   204   205   206   207   208   209   ...   317
NUR-TƏFSİRİ-12

çöhrələrə toz-torpaq qonmuşdur; onların üzünü zülmət bürümüşdür; onlar həmin 
günahkar kafirlərdir.” 
 
Nöqtələr 
 
◘”Mustəbşirə” dedikdə insana sevinc gətirən bir işdən xəbər tutmaq başa düşülür. 
“Ğəbərə” və “ğubar” dedikdə bir şeyin üzərinə qonmuş toz-torpaq mənası anlaşılır. 
“Qətərə” sözü yuxarı qalxan qara tüstü mənasını ifadə edir. “Rəhq” sözü isə bürümək, 
örtmək mənasında işlədilir. 
◘Hazırkı ayələrdə qiyamət səhnəsindəki insanlar iki qismə bölünür. Xoşbəxtlər və 
bədbəxtlər. Onlar simalarından tanınırlar. Çünki insanın çöhrəsi onun xarakterini göstərir. 
İnsanın içindəki qəm-qüssə, şadlıq onun çöhrəsində hiss olunur. 
◘Surənin əvvəlində dünyada qaş-qabaq tökməkdən danışıldı, onun sonunda 
qiyamətdə çöhrələrin toz-torpağa bələnməsi yada salındı. 
◘”Kəfərə” sözü “kafir” sözünün, “fəcərə” sözü “facir” sözünün cəm formasıdır. 
Birinci söz əqidə, ikinci söz əməl baxımından azğınlıqdır. 
Bildirişlər 
 
1. Məad cismanidir. 
2. Açıq və gülər üz bir dəyərdir. 
3. Qiyamətdəki təbəssümlərin səbəbi gələcəklə bağlı müjdələrdir. 
4. Dünyada günaha bulaşmaq axirətdə çöhrələrin bulaşıqlığına səbəb olar. 
5. Küfr günah və fəsad səbəbidir. 
6. İman və təqva əhli şad və gülərüzdür. 
7. Ən üstün təbliğ üsullarından biri müqayisə aparmaqdır. 
8. İnsanın pak çöhrəsi günah səbəbindən çirkin və qara niqabla örtülür. 


205 
“TƏKVİR” SURƏSİ 
 
(81-Cİ SURƏ; 29 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“TƏKVİR” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 29 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən 
götürülmüşdür. “Təkvir” dedikdə bir-birinə sarınma, qaralma mənaları nəzərdə tutulur. 
Surənin məzmunundan aydın olur ki, o besət illərində nazil olmuşdur. Çünki 
Peyğəmbər (s) besətin ilk illərində divanəlikdə itdiham edilirdi. Bu surə də “Qələm” 
surəsi kimi besətin əvvələrində nazil olmuşdur və Peyğəmbərə (s) yönəlmiş itdihamlara 
cavab verir.
1
Surənin əvvəllərində qiyamət üçün müqəddimə olan hadisələrdən danışılır. Növbəti 
ayələrdə Quranın uca məqamı, onun insan ruhuna müstəsna təsiri bəyan olunur. 
Rəvayətlərdə bildirilir ki, bu surəni tilavət etməyin bir çox fəzilətləri var, o 
cümlədən, onun tilavəti insanı qəflət yuxusundan oyadır.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin