207
2. Cinsindən, yaşından, sayından, əqidəsindən asılı olmayaraq məzlumlar müdafiə
olunmalıdır.
3. Suallar ünvanlamaqla yatmış vicdanları oyadın.
4. Atanın övlad üzərindəki haqqı ona öz övladını öldürmək icazəsi vermir.
5. Ümid və qorxu yanaşı olduqda faydalıdır.
6. Qiyamətdə behişt və cəhənnəm öz əhlinə yaxınlaşar.
7. İnsanın əməlləri dünya həyatında qeydə alınır, qiyamətdə açıqlanır.
Ayə 15, 16, 17, 18, 19, 20, 21:
َو﴿﴾ َسَعْسَع اَذِإ ِلْی للا َو﴿﴾ ِس نُكْلا ِرا َوَجْلا﴿﴾ ِس نُخْلاِب ُمِسْقُأ َلاَف﴿
َس فَنَت اَذِإ ِحْبُّصلا
ُه نِإ﴿﴾
﴾ ٍنیِمَأ مَث ٍعاَطُم﴿﴾ٍنیِكَم ِش ْرَعْلا يِذ َدنِع ٍة وُق يِذ﴿﴾ٍمی ِرَك ٍلوُسَر ُل ْوَقَل
“And olsun geri qayıdan ulduzlara; onlar hərəkətdədir, gizlənirlər; gecəyə ötüb
getdiyi vaxt and olsun; sübhə ağardığı vaxt and olsun; həqiqətən, Quran əziz elçinin
gətirdiyi kəlamdır; o, ərş sahibi Allahın yanında qüdrət və uca məqam sahibidir;
(elə bir mələk ki) ona tabe olar, onu etibarlı sayarlar.”
Nöqtələr
◘”Xunnəs” sözü “xanis” sözünün cəm formasıdır. Bu söz geri dönən mənasını
bildirir. “Cəvar” sözü “cariyə” sözünün cəmidir. “Cariyə” sözü cərəyanda olan mənasını
bildirir. “Kunnəs” sözü “kanəs” sözünün cəmidir və gizlənmək, xəlvətə çəkilmək
mənasını bildirir. Təfsirçilər gecənin yetişməsi, sübhün açılmasından danışan ayələrə
əsasən növbəti ayəni ulduzlara aid saymışlar. Bu ulduzlar gecələr görünür, günəş
doğduğu vaxt gizlənir. Onlar gözə görünmədikləri halda hərəkətdədirlər. Bu səbəbdən də
növbəti gecə yenidən öz yerlərində görünürlər.
◘”Əsəs” deikdə kövrək qaranlıq mənası anlaşılır. Həzrət Əli (ə) buyurur ki, bu hal
gecənin sonunda müşahidə olunur.
1
Bu əsasla hazırkı ayə “Muddəssir” surəsinin 33-cü
ayəsinə oxşar sayıla bilər.
◘”Tənəffəs” sözü sübh vaxtı nəfəs çəkmək mənasını bildirir. Sanki insan gecə
həbsindən azad olub azad havada nəfəs dərir.
◘Allahın sübhə, ulduzların xəlvətə çəkilməsinə, səma cisimlərinin hərəkətinə andı
İslamın təbiət və onunla bağlı düşüncələrə əhəmiyyət verdiyini göstərir.
Dostları ilə paylaş: