Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə21/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   17   18   19   20   21   22   23   24   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. İlkin İslam dövründə əsas qərargaha yol tapmış münafiq ünsürlər vardı, hətta 
Peyğəmbər (s) onların fitnələrindən əziyyət çəkirdi. 
2. Münafiqlər haqq sözdən batil yolda faydalanır. 
3. Haqq şüarları və sözləri çaşqınlardan alıb ixtiyarınızda saxlayın. 
4. Yaltaqlıq və yağlı dil münafiqlərin səciyyəsidir. 
5. Münafiqlər danışanda and içir ki, qarşı tərəfi inandırsın.
6. Təkidə təkidlə cavab verin.
7. Hər iddianı həqiqət kimi qəbul etməyin. 
8. Münafiqləri rüsvay edin. 
9. İnsan inanmadığı sözü dilinə gətirirsə, bu söz düzdürsə də həmin şəxs yalançıdır.
10. Həqiqi iman dildə etiraf yox, qəlbin təsdiqidir. 
Ayə 2, 3: 
 ْاوُذَخ تا﴿
 
 ِب َكِلَذ﴿﴾َنوُلَمْعَی ْاوُناَك اَم َءآَس ْمُه نِإ ِ لِلّٱ ِلیِبَس نَع ْاوُّدَصَف اة نُج ْمُهَناَمْیَأ
 ْمُه نَأَ
 َنوُهَقْفَی َلً ْمُهَف ْمِهِبوُلُق ىَلَع َعِبُطَف ْاوُرَفَك مُث ْاوُنَماَء

 
“Onlar andlarını özlərinə sipər edib (insanları) Allahın yolundan çıxarırlar. 
Həqiqətən, onların gördüyü işlər pisdir. Bunun (onların nifaqının) səbəbi onların 
öncə iman gətirib, sonra küfrə uğramalarıdır. Onların qəlbləri möhürlənib, bu 
səbəbdən anlamazlar.” 
 
Nöqtələr 
 
◘”Cunnə” dedikdə sipər mənası anlaşılır. Sipər insanı düşmənin zərbələrindən 
qoruyur. Ağlı pərdələnmiş (sipərə alınmış) insan “məcnun” adlanır. “Cinn” dedikdə gözə 
görünməyən varlıq nəzərdə tutulur. “Cənin” sözü bətndə görünməyən körpəyə işarədir. 
“Cənnət” dedikdə ağaclarının kölgəsindən yeri görünməyən bağ mənası ifadə olunur. 
◘Quranda təkrar-təkrar münafiqlərin yalan andları yada salınıır. Onlar sizi razı 
salmaq üçün and içir
4
; and içirlər ki, biz Zərar məscidini tikməklə sizə xeyirxahlıq etmək 
1
“Mücadələ”, 18 
2
“Nəhcül-bəlağə”, namə 27 
3
“Əvaliyul ləali”, c. 4, s. 39 
4
“Tövbə”, 62 


27 
istədik
1
; and içirlər ki, savaşda iştirak etməyə imkanları olmayıb, imkanları olsaydı iştirak 
edərdilər
2

◘Başdan-başa Quranda münafiqlərdən danışlan zaman sərt ifadələr işlədilir: Allah 
onların qəlbini möhürləmişdir
3
; onlar dərinliyi görə bilmir
4
; onlar anlamır
5
; onlar yalan 
danışır
6
; onlar dərk etmir
7
; onlar fəsadçıdır
8
; onlar azğınlıq içindədir
9
; onlar hidayətdən 
uzaqdır
10
; Allah heç vaxt onları bağışlamaz
11
.
◘Bəzən münafiqlərin yalan andları vasitəsi ilə, bəzən kafirlərin büdcələri sayəsində 
doğru yola səd çəkilir. Küfr edənlər öz pullarını insanları doğru yoldan ayırmaq üçün 
xərcləyirlər. 
◘Münafiqlər bacardıqları yolla Allaha doğru hərəkətə mane olurlar. Onlar Zərar 
məscidi tikməklə müsəlmanların vəhdətini pozur, hava istidir deyə hərbi nizama zərbə 
vurur, Peyğəmbərə (s) yaxın olan insanlara yardıma qadağa qoymaqla müsəlmanları 
iqtisadi baxımdan zəiflədir, zövcələrin vasitəsi ilə imam Həsən (ə), imam Cavadı (ə) 
şəhadətə yetirirlər. 
◘İslam cəmiyyətinin rəhbəri münafiqlərin fitnəkarlığına münasibətdə daha ehtiyatlı 
olmalıdır. Bu baxımdan bütün müsəlmanlar məsuliyyət daşısalar da hazırkı surədə 
Peyğəmbərə (s) xitab olunur. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin