209
1. Məqsədsiz, məktəbsiz insan yoxdur. Hətta kafirlər və müşriklərin də öz yolu var.
Əsas məsələ düzgün yol seçməkdir.
2. Öyüd-nəsihət üçün Quran ən üstün vasitədir.
3. Quran bütün aləmlər üçün nəzərdə tutulub.
Onun üçün zaman, məkan,
milliyyət
məhdudiyyəti yoxdur.
4. Təbliğdə öyüd-nəsihət zəruridir. Amma bu işdə məcburiyyətə yer yoxdur.
5. Doğru yola yönəlmə və bu yolda sabitqədəmlik insanın
öz istək və iradəsindən
asılıdır.
6. Quranın yolu doğru-düzgün yoldur. Bu yol istənilən bir ifrat və təfritdən uzaqdır.
7. İstəklərimiz Allahın istəkləri çərçivəsindədir. Əgər Allah məcbur etsəydi, istəkdən
danışmağa dəyməzdi.
8. İnsan həm iradə sahibidir. Həm də özbaşına deyil.
9. Allahın istəkləri onun rübubiyyətinə əsaslanır.
10.
Allah aləmlərin Rəbbi, tərbiyəçisidir. O bütün işlərə hakimdir. Demək, insanın
istəklərinin həyata keçməsi Allahın istəklərindən asılıdır.
210
“İNFİTAR” SURƏSİ
(82-Cİ SURƏ; 19 AYƏ)
OTUZUNCU CÜZ
“İNFİTAR” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 19 aydən ibarətdir.
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “İnfitar” dedikdə səmanın
parçalanması nəzərdə tutulur.
Digər Məkkə surələri kimi bu surənin
də əsas mövzusu qiyamət, insanların
qiyamətdəki ağır halıdır. Surədə dünyanın sonunda, qiyamət astanasında
baş verəcək
əzəmətli hadisələrdən danışılır, insanların əməl naməsini
yazan mələklərə işarə edilir,
yaxşı və pis insanların aqibəti yada salınır, qiyamət gününün müxtəlif problemləri qeyd
edilir.
Vacib və müstəhəb namazlarda bu surəni oxumağın bir sıra fəzilətləri var.
Məlum
olur ki, insan qiyaməti yada salmağa daim ehtiyaclıdır. Qiyamətlə bağlı düşüncələr insanı
dünya əsarətindən qurtarır.
Dostları ilə paylaş: