28
Nöqtələr
◘”Tövbə” surəsində Allah-taala öz Peyğəmbərinə (s) buyurur: “Münafiqlərin var-
dövlətləri və övladları səni heyrətə gətirməsin.” Bu ayədə isə münafiqlərin qiyafə və
danışığı təəccüb səbəbi kimi göstərilir.
◘Hazırkı ayədə Peyğəmbərə (s) xitab olunsa da, bütün müsəlmanlar nəzərdə tutulur.
Hər bir müsəlman müsəlmanların qiyafə və bəyanına aldanmamalıdır.
◘Həzrət Peyğəmbər (s) buyurur ki, mömin əyilə bilən budaq kimidir; hadisələr onu
azca əysə də, yenidən düzəlir; kafirlər isə qiru ağac kimidir, onlar əyilə bilmədiyindən
külək kökdən qoparanadək dayaqlanırlar.
1
◘Həzrət Peyğəmbər (s) buyurur: “Möminin dörd düşməni var: ona həsəd aparan
müsəlman, qəlbində kin-küdurət gəzdirən münafiq, onu azdıran şeytan, onunla savaşa
qalxan kafir.”
2
◘Döşəməyə, tavana, qapı-pəncərəyə işlədilən ağac faydalıdır. Amma ağacın divara
söykənməsi onun istifadəsizliyini göstərir.
◘Münafiqlərin kəsilmiş ağac budağına oxşadılmasının müəyyən əsasları var: zərbə
qarşısında davamsızlıq, cansızlıq və quruluq; öz ayağa üstə dura bilməməsi; eşitmə və
düşünmə istedadından məhrumluğu.
◘Münafiqlər möminlərə münasibətdə kin saxlayır. Onlar daim qorxurlar ki,
haqlarında ayə nazil olsun.
3
◘Bəli, münafiqlər əsl düşmənlərdir. Çünki onlar cəmiyyətin daxilindədir və
müsəlmanların sirlərindən xəbərdardırlar. Həm də dost libası geydiklərindən onları
tanımaq çətindir. Münafiqlər gizli mübarizə apardıqlarından onlara qarşı cavab tədbiri
görmək də çətindir. Münafiqlər müsəlmanlarla qohumluq əlaqələrinə malik olduqlarından
onlarla rəftarda çətinlik yaranır. Nəhayət, münafiqlər qəfil zərbə vurur.
Dostları ilə paylaş: