Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə220/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   216   217   218   219   220   221   222   223   ...   317
NUR-TƏFSİRİ-12

bir çeşmədən.” 
 
Nöqtələr 
 
◘”İlliyyin” sözü “illy” sözündəndir. Bu söz uca və sonsuz mərtəbələr mənasını 
bildirir. 
◘Xeyir əməl sahiblərinin kitabı dedikdə onların qiyamətdəki telyi nəzərdə tutulur. 
“Mərqum” sözü müəyyən, başqa yazılarla səhv salınmayan nişanlı yazı mənasını bildirir. 
◘”Əraik” sözü “ərikə” sözünün cəmidir. Bu söz zinətlənmiş taxt mənasını bildirir. 
◘”Nəzrə” sözü gözəllik, şadlıq mənasını bildirir. “Nəim” dedikdə bol nemət nəzərdə 
tutulur. “Rəhiq” sözü məst etməyən, pak, xalis şərab mənasını ifadə edir. 
◘”Tənafis” sözü ya “nəfis” sözündən olub iki nəfərin nəfis bir şeydən ötrü 
çalışmasını, ya “nəfs” sözündən olub iki nəfərin bir şeyi əldə etmək üçün son nəfəsədək 
vuruşmasını bildirir.
1
◘Behiştdə istiqbalın mərtəbələri var: bəziləri vasitə ilə, bəziləri vasitəsiz lütfə çatır.
2
◘Bəzilərinin nəzərincə “misk” sözü möhürlənmiş şərab qabı mənasını bildirir. 
◘Allaha yaxın insanlar təsnimdən içərlər. Xeyir əməl sahibləri isə təsnim qatılmış 
içkilərdən bəhrələnərlər. 
◘Behişt içkilərinin növləri var: axar çaylar
3
, möhürlənmiş qablar, behiştin yuxarı 
təbəqələrindən axan təsnim
4

◘İmam Baqir (ə) buyurur: “Təsnim behiştin ən gözəl içkisidir. Bu içki Peyğəmbər 
(s) və Əhli-beytə (ə) məxsusdur. O behiştin yuxarı mərtəbəsindən axar, o biri 
mərtəbələrindən keçər.
5
Bildirişlər 
 
1. Allahın xeyir əməl müqabilində mükafatı qətidir. 
2. Başqalarının qarşısında nemətə çatmaq ləzzəti bir neçə qat artırır. 
3. Gözəl mənzərələrin seyr olunduğu uca yerlər behişt nemətlərindəndir. 
4. İnsanın ruhi durumu onun cisminə təsir edir. 
5. Behişt nemətlərinin ilk dəfə istifadəyə verilməsi də bir dəyərdir. 
6. Behişt ləzzətlərində hansısa ziyanlar yoxdur. 
7. İslam maarifində dünya müsabiqə və rəqabət meydanıdır. Bu rəqabətdə axirət 
nemətləri üçün çalışmaq lazımdır. 
8. Behişt əhlinin dərəcələri, mərtəbələri var. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin