Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə223/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   219   220   221   222   223   224   225   226   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər
 
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Təfsiri-dürrül-Mənsur” 


221 
 
1. Qiyamət astanasında möhkəm səmalar yarılar. 
2. Varlıq aləmi Allahın əmrinə təslim olar. 
3. Təbiətin də bir növ şüuru var və o Allaha tabe olur. 
4. Allaha təslimçilik yeganə layiq təslimçilikdir. 
5. Qiyamət astanasında yer elə dağılar ki, onun üzərində olanlar tamamilə 
hamarlanar. 
Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15: 
 ُهَباَتِك َيِتوُأ ْنَم ا مَأََف﴿﴾ِهیِق َلاُمَف ااحْدَك َكِ بَر ىَلِإ ٌحِداَك َك نِإ ُناَسنِ ْلْا اَهُّیَأ اَی﴿
 ِح ُبَساَحُی َف ْوَسَف﴿﴾ِهِنیِمَیِب
 ِتوُأ ْنَم ا مَأ َو﴿﴾ااروُرْسَم ِهِلْهَأ ىَلِإ ُبِلَقنَی َو﴿﴾ااریِسَی ااباَس
 ُهَباَتِك َي
 َظ ُه نِإ﴿﴾ااروُرْسَم ِهِلْهَأ يِف َناَك ُه نِإ﴿﴾ااریِعَس ىَلْصَی َو﴿﴾ااروُبُث وُعْدَی َف ْوَسَف﴿﴾ِه ِرْهَظ ءاَر َو
ن
 َب ِهِب َناَك ُه ب َر نِإ ىَلَب﴿﴾َروُحَی ن ل نَأ
﴾ا اری ِص
 
“Ey insan! Sən Rəbbinə doğru çox can atırsan; sonda onun görüşünə 
yetişərsən; əməl naməsi sağ əlinə verilən kəsin tezliklə və asanlıqla hesabına baxılar; 
o şad halda ailəsinin (həmfikirlərinin) yanına dönər; hər kəsə əməl naməsi arxadan 
(sol əlinə) verilsə tezliklə onun fəryadı ucalar; o cəhənnəmə daxil olar; həqiqətən, o 
(dünyada) ailəsi içində şad idi; güman edirdi ki, heç vaxt geri dönməz; xeyr! Rəbbi 
onu görür.” 
 
Nöqtələr 
 
◘”Kədh” sözü həm təlaş, həm də zərbə vurmaq mənasını bildirir. İnsan Rəbbinə 
doğru irəliləyər. Amma bu gediş əziyyətli bir gediş olar. Sanki insan bu iş ilə özünü 
incidir. 
◘Hədisdə bildirilir ki, üç xasiyyətə malik insanla Allah yüngül hesab aparar. Onu öz 
mərhəmətinə, behiştə daxil edər. Həmin üç xüsusiyyət: səni məhrum qoyana əta edəsən, 
səninlə əlaqəni kəsəni yoxlayasan, sənə zülm edəni bağışlayasan.
1
◘9-cu və 13-cü ayələrdə ailə daxilində şadlıqdan danışıldı. Bunlardan biri müsbət, 
digəri mənfi sayılır. Dünyada qəflət içində şadlığın sonu cəhənnəm, iman və təqva ilə 
yaşayışın sonu qiyamətdə yaxınlar arasında şadlıqdır. 
◘Həzrət Əlidən (ə) hazırkı ayə ilə bağlı soruşulduqda buyurur: “Behiştlik insanın 
ailəsi mömin olarsa, axirətdə də ona ailə seçilir.” 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin