Nur təFSİRİ


“Həmin qoşunun xəbəri sənə çatdımı? Firon və Səmud qoşunlarının; bəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə230/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   226   227   228   229   230   231   232   233   ...   317
NUR-TƏFSİRİ-12

 
“Həmin qoşunun xəbəri sənə çatdımı? Firon və Səmud qoşunlarının; bəli, 
kafirlər təkzib etməkdədirlər; Allah onları hər tərəfdən əhatəyə almışdır; bəli, o 
məcid Qurandır; o lövhi-məhfuzda yazılmışdır.” 
 
Nöqtələr 
 
◘Firon və Səmud qövmü qüdrət və mədəniyyət baxımından ən üstün qövmlər idilər. 
Quranın digər ayələrində onların güc-qüdrətinə işarə olunur. Burada da onların adı 
çəkilir. 
◘Allahın dünya azğınları qarşısındakı qüdrətinin bəyanı möminlər üçün təsəllidir. 
◘“Quran” sözü “əlif, lam” artikli ilə işlədilərsə, Qurani-kərim mənasını bildirər. 
Əgər əlif-lamsız işlədilərsə, oxunmuş mənasını ifadə edər. Hazırkı ayədə Quran sözü 
Peyğəmbərə (s) oxunmuş vəhy kəlmələri mənasını bildirir. 
Bildirişlər 
 
1. Öncə qarşı tərəfdə maraq yaradaq, sonra sözümüzü deyək. 
2. Keçmişdəkilərin tarixini öyrənmək və Allahın onlarla rəftarından ibrət götürmək 
lazımdır. 
3. Dünyanın hərbi baxımdan ən üstün şəkildə təchiz olunmuş qoşunları Allahın qəhri 
qarşısında puçdur.
4. Kafirlər Quran və onun vədlərini təkzib etməkdə israrlıdırlar. 
5. Zalımlar ilahi qüdrət dairəsindən kənarda deyil. Onlar üçün qurtuluş yolu yoxdur, 
amma anlamırlar. 
6. Həm Allah həm də onun kitabı əzəmətlidir. 
7. Quranın yazıldığı lövhə Allahın hüzurunda qorunmuşsa da, bizə məlum deyil. 


228 
8. Quran istənilən bir təhlükə və təhrifdən sığortalanmışdır. 


229 
“TARİQ” SURƏSİ 
 
(86-CI SURƏ; 17 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“TARİQ” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 17 ayədən ibarətdir. 
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Tariq” dedikdə döyəcləmək mənası 
anlaşılır. 
Surədə əsasən məaddan və böyük nemət olan Quranın məqamından danışılır. 
İnsanın diqqətinin onun dəyərsiz bir sudan yaranışına yönəldilməsi, Allahın insanı 
yenidən yaratmağa qadir olması, ilahi qüdrətin qiyamət səhnəsində təzahürü səmavi 
vəhyin əsas bildirişləridir. Müxaliflər bütün bunları zarafat sayır. Hansı ki, bu vədlər 
qətidir və kafirlərin fitnələri özlərinə zərər verəsidir. 
Rəvayətlərdə tövsiyə olunur ki, vacib namazlarda bu surə oxunsun. Bu surəni 
oxumağın böyük fəzilətləri var. Bu fəzilətlərdən biri də böyük ilahi peyğəmbərlərlə 
yaxınlıqdır.
1

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin