Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə232/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   228   229   230   231   232   233   234   235   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. İnsan və onun bütün işləri ilahi mələklərin nəzarəti altındadır. 
2. Övladın nütfə halından ana bətnindən çıxanadək keçdiyi yol diqqətlə mütaliə 
olunmalıdır. Belə bir mütaliə həm Allah, həm də məadı tanımağa kömək edir. 
3. İnsan ağıl, elm və istedad sahibi olduğundan öz yaranışı barədə düşünməlidir. 
4. İnsanın öz yaranışına diqqəti onun məada imanı üçün zəminədir. 
5. Məad cismanidir insanın cismi qiyamətdə yenidən dirilər. 
Ayə 11, 12, 13, 14, 15, 16, 17: 
َوُه اَم َو﴿﴾ٌلْصَف ٌل ْوَقَل ُه نِإ﴿﴾ِعْد صلا ِتاَذ ِضْرَ ْلْا َو﴿﴾ِعْج رلا ِتاَذ ءاَم سلا َو﴿
 ِ هَمَف﴿﴾اادْیَك ُدیِكَأ َو﴿﴾اادْیَك َنوُدیِكَی ْمُه نِإ﴿﴾ِل ْزَهْلاِب
﴾اادْی َوُر ْمُهْلِهْمَأ َنی ِرِفاَكْلا ِل
 
“And olsun yağışlı səmaya; and olsun yarılan yerə; həqiqətən, Quran ayırd 
edən bir kəlamdır. O əyləncə, zarafat deyil; həqiqətən, kafirlər daim hiylə qururlar; 
mən də tədbir tökürəm; kafirlərə möhlət ver, onları qısa bir vaxt azad burax.” 
 
Nöqtələr 
 
◘”Rəc” dedikdə yağış mənası anlaşılır. Yağışın “rəc” adlandırılmasının səbəbi onun 
buxar şəklində qalxıb yerə yağış şəklində düşməsi ola bilər. “Səd” dedikdə birkiərin 
cücərməsi üçün yerin yarılması mənası anlaşılır. “Həzl” sözü mənasız danışıq mənasını 
bildirir. “Kəyd” dedikdə məxfi, qəfil plan nəzərdə tutulur. 
◘”Məhhil” və “əmhil” sözləri eyni bir mənanı ifadə edir. Bu sözlər nəzərdə tutulan 
mənanı vurğulamaq üçün təkrarlanır. Hər iki söz möhlət vermək mənasını ifadə edir. 
“Ruvəyda” dedikdə bir işin yerinə yetirilməsi üçün danlaqlı çalışma nəzərdə tutulur. 
◘Səma və yer bitkinin ərsəyə gəlməsində ata və ana rolunu oynayır. 
◘Yağışın yağması və torpağın hazırlığı bitkilərin inkişafı üçün bir zəmindir. Quranın 
nazil olması və insanın hazırlığı onun təkamülü üçün şərait yaradır. Quran sözü yağış 
sözü ilə yanaşı işlədilir. 
◘Şəkki aradan qaldırmaq üçün həm məntiqi, həm də qətiyyətli danışmaq lazımdır. 
Allahın ardıcıl andları müxaliflərin şəkkini aradan qaldırmaq, möminlərin imanını 
gücləndirmək üçündür. 
1
“Təfsiri-Bürhan” 
2
“Nəhcül-bəlağə”, xütbə 224 


231 
◘”Ləqəvlun fəsl” dedikdə Quranın ardıcıl şəkildə haqqı batildən ayırması nəzərdə 
tutulur. Necə ki “filankəs şəkərdir” dedikdə onun tam bir şəkər parçası olması nəzərdə 
tutulur. 
◘Həzrət Peyğəmbər (s) buyurur: “Tezliklə aranızda fitnə görünər.” Peyğəmbərdən 
qurtuluş yolu barədə soruşurlar. Həzrət buyurur: “Qurtuluş yolu keçmişdəkilər və 
gələcəkdəkilərdən danışan, sizin üçün hakim olan Qurandır. O haqqı batildən ayıran 
kəlamdır.” Həzrət sözünün davamında buyurur: “Qurandan başqa yerdə hidayət, doğru 
yol axtaranı Allah azdırar.”
1

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin