Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə235/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   231   232   233   234   235   236   237   238   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Allahın adı müqəddəsdir. İlahi adlara münasibətdə istənilən bir hörmətsizlikdən 
çəkinək. 
2. Layiq olmayan vəsfləri Allahın adlarıyla bir sıraya qoymayaq. 
3. Başqalarını Allaha məxsus adlarla çağırmayaq. 
4. Allaha deyilən təsbih sizin öz təkamülünüz üçün faydalıdır. 
5. Şirki aradan qaldırmaq hamıdan öncə səmavi rəhbərlərin öhdəsinədir. Bu 
məsuliyyət onlardan sonra möminlərin üzərinə düşür. 
6. Allahın zatını və sifətlərini pak saymaq (təsbih) sayəsində kamil tövhidə çatmaq 
olar. 
7. Allah dildə, yazıda və təsəvvürdə olan hər nədən üstündür. O kamilliklərdə 
ucadadır. 
8. Allah təkcə yaradan deyil, həm də varlıq aləmini nizama salandır. 
9. Mövcudların tutumu və hidayəti onların məqsədli yaranışının dəlilidir. 
10. Allahın əmrləri hikmətli və əsaslıdır. Allahın adını pak sayaraq təsbih söylə. 
Çünki o “əla”dır, yaradıb nizama salmış, hidayət etmişdir. 
11. Yaranmışların təkvini, fitri hidayəti müxtəlif çöhrələrdə özünü göstərir. Həmin 
yaşıl, həm də quru ot Allahın göstərdiyi yoldadır. 
Ayə 6, 7: 
﴾ىَفْخَی اَم َو َرْهَجْلا ُمَلْعَی ُه نِإ ُ اللّ ءاَش اَم لًِإ﴿﴾ىَسنَت َلاَف َكُؤ ِرْقُنَس﴿
 
6. “Biz səni düzgün qiraətə sövq edərik, sən də unutmazsan”; 7. “Yalnız Allahın 
istədiyi istisnadır. Şübhəsiz, o aşkarı və gizlini bilir.” 
 
Nöqtələr 
 
◘ “Sənuqriukə” sözü “qər” kökündən, “ifal” babındandır. “İqrə” sözünün lüğət 
mənası qarinin oxuması və ustadın dinləyib onun səhvlərini düzəltməsidir. İslam 


234 
peyğəmbərinə (s) müraciətdə işlədilən “iqrə” sözü ona düzgün oxumaq qüdrətinin 
verilməsini və nazil edilənləri unutmamasını ifadə edir.
1
◘”İlla maşaəllahu” cümləsi sitisna bildirir. Peyğəmbərin (s) nəzərinə çatdırılır ki, 
Allah ona Quranla bağlı qüdrət verdikdən sonra da onu unutqanlığa düçar edə bilər. 
Behişt əhli haqqında danışılarkən bildirilir ki, behişt onlar üçün əbədidir. Amma yenə də 
Allahın istəyi şərt qoyulur.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin