Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə241/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   237   238   239   240   241   242   243   244   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Qiyamət hadisəsi o qədər əhatəlidir ki, bu barədə hamı düşünməlidir. 
2. Dünyadakı təlaşların bir hissəsi qiyamətdə fayda verməz. 
3. Yalnız xalis insanlar öz zəhmətlərindən bəhrələnər. 
4. Məad cismanidir. Çünki artımla bağlı köklük və arıqlıq kimi mövzular cismə 
aiddir. 
Ayə 8, 9, 10, 11: 
اَع ٍة نَج يِف﴿﴾ٌةَی ِضا َر اَهِیْعَسِل﴿﴾ٌةَمِعا ن ٍذِئَم ْوَی ٌهوُج ُو﴿
﴾اةَیِغ َلً اَهیِف ُعَمْسَت لً﴿﴾ٍةَیِل
 
8. “Belə bir gündə şad çöhrələr var”; 9. Öz təlaşlarından razıdırlar”; 10. “Uca 
behiştdə (yerləri var)”; 11. Orada boş söz eşitməzlər.” 
 
Nöqtələr 
 
◘”Naimə” sözü naz-nemət içində olmaq, “lağiyə” sözü boş danışıq mənasını bildirir. 
Bildirişlər 
 
1. Həqiqi şadlıq insanın çöhrəsindən bilinir. Çöhrənin rəngi batindəki sirlərdən 
danışır. 
2. Behişt nemətləri və ilahi lütflər insanın təlaşlarının səmərəsidir. 
3. Dünya işlərinin çətinliyi ötəridir. Amma bu çətinliklər əbədi axirət sevinci ilə 
nəticələnir. 
4. Behişt maddi və mənəvi baxımdan zirvə nöqtəsidir. 
5. Dünyada boş işlərdən çəkinənlər axirətdə mənalı bir həyat yaşayır. 
6. Behiştdə nəinki mənasız işlər yoxdur, hətta boşluğa səbəb olacaq söz də deyilmir. 
Ayə 12, 13, 14, 15, 16: 
 ُق ِراَمَن َو﴿﴾ٌةَعوُض ْو م ٌبا َوْكَأ َو﴿﴾ٌةَعوُف ْر م ٌرُرُس اَهیِف﴿﴾ٌةَی ِراَج ٌنْیَع اَهیِف﴿
﴾ٌةَثوُثْبَم ُّيِباَرَز َو﴿﴾ٌةَفوُفْصَم
 
12. “Orada çeşmələr axır”; 13. Orada yüksəlmiş taxtlar var”; 14. “Piyalələr 
düzülmüşdür”; 15. Balınclar sıralanmışdır”; 16. “Xalılar sərilmişdir.” 
 
Nöqtələr 


240 
 
◘”Əyn” sözü çeşmə mənasını bildirir. Bu çeşmə bir və ya bir neçə ola bilər. 
“Zariyat” surəsinin 15-ci ayəsinə əsasən behişt çeşmələri çoxsaylıdır. 
◘Şadlıq üçün nəzərdə tutulmuş taxt “sərir” adlanır. “Mərfuə” sözü behişt taxtları 
üçün uca yer mənasını ifadə edir. Onların qoyulduğu yerdən behişt seyr olunur. 
◘“Əkvab” sözü “kub” sözünün cəm formasıdır. Bu söz dəstəsiz qədəh mənasını 
bildirir. “Vaqeə” surəsinin 17 və 18-ci ayələrində həmin qablardan danışılır. 
◘“Nəmariq” sözü “nəmrəqə” sözünün cəm formasıdır. Bu söz balınc, kiçik mütəkkə 
mənasını bildirir. “Zərabiyy” dedikdə dəyərli xalı mənası nəzərdə tutulur. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin