Nur təFSİRİ


deyir: “Rəbbim məni əziz etdi.”; 16. “Amma onu sınağa çəkib ruzisini azaltdıqda



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə247/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   243   244   245   246   247   248   249   250   ...   317
NUR-TƏFSİRİ-12

deyir: “Rəbbim məni əziz etdi.”; 16. “Amma onu sınağa çəkib ruzisini azaltdıqda 
deyər: “Rəbbim məni xar etdi.”; 17. “Belə deyil! Əslində siz yetimi əziz 
tutmursunuz”; 18. “Bir-birinizi yoxsullara təam verməyə rəğbətləndirmirsiniz”; 19. 
“Mirası (haqlı-haqsız) bütöv yeyirsiniz”; 20. Var-dövləti çox sevirsiniz.” 
 
Nöqtələr 
 
◘Əzizliyi Allahın lütfü saymaq yaxşıdır. Amma insan hörmət-izzəti öz ləyaqəti 
bilərsə bu pisdir. Bu ayədə “ikram” sözü iki dəfə işlədilmişdir: birinci dəfə insan öz 
izzətini Allahdan bilir, ikinci dəfə onu öz ləyaqəti sayır. Quranda insanın izzəti Allaha
onun alçalması özünə aid edilir. 
◘”Əklən ləmm” dedikdə bir şeyi halal-haramlığına baxmadan yemək mənası 
anlaşılır. Bəzən insan yediyində başqasının payı olub-olmadığını düşünmür. 
◘Allahın Rəsulu (s) buyurur: “Mən və yetimi himayəyə götürən kəs behiştdə bir 
yerdəyik.”
1
◘Allahın qəti sünnə və proqramlarından biri Onun insanları sınağa çəkməsidir. 
Əlbəttə ki, Allah insanı tanıyır və sınaqlar tanışlıq üçün deyil. Sadəcə insanların xislətləri 
üzə çıxarılır ki, o dəlillər əsasında mükafatlandırılsın və ya cəzalandırılsın. Allah müxtəlif 
yollarla sınağa çəkir. İnsan bəzən var-dövlət, bəzən yoxsulluqla sınanır. Tələskən insan 
sınağın sonunu gözləməyib yersiz mühakimələr yürüdür, Allahdan gileylənir. 
Bildirişlər 
 
1. İlahi sınaqlar Allahın insanı daim izlədiyini göstərir. 
2. Sınaq tərbiyə və təkamül vasitəsidir. 
3. İnsanın qazancları onun haqqı yox, Allahın lütfüdür. Belə ki, əldə etdiyimiz 
nemətlər bizi qürrələndirməsin. 
4. Yoxsulluq həqarət, var-dövlət kəramət nişanəsi deyil. Həm yoxsulluq, həm də var-
dövlət bir sınaqdır. 
5. Yetimin cismindən də mühümü onun ruhudur. Yetimi əzizləmək lazımdır. 
6. Mənəvi ehtiyacları ehtiram və məhəbbətlə ödəyin. (Yetimlərin ilk ehtiyacı onların 
şəxsiyyətinə ehtiram göstərilməsidir.) 
7. Allahın işləri ilə bağlı tələsik mühakimə yürütməyək. Ruzi çətinliyini Allahın 
etinasızlığı saymayaq. Bu çətinliklər insanın öz əməllərinin nəticəsidir. 
8. İnsanın ətrafdakılara ehsanı mühüm əhəmiyyətə malikdir. 
9. Yoxsullar ac qalmamalıdır. İnsan ya özü onlara infaq etməli, ya da imkanlıları 
həvəsləndirməlidir. 
10. Əlinizə gələnlərə diqqətli olun. Bəzən halala haram qatılır. 
11. Var-dövlətə bağlılıq təbii bir bağlılıqdır. Məzəmmət olunan isə var-dövlətə əsir 
olub axirəti unutmaqdır. 
1
“Təfsiri-nurus-səqəleyn” 


247 
12. Allahın sizə ehtiramı sizin yetimlərə ehtiramınıza səbəb olmalıdır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin