Nur təFSİRİ


Ayə 21, 22, 23, 24, 25, 26



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə248/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   244   245   246   247   248   249   250   251   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 21, 22, 23, 24, 25, 26: 
نَهَجِب ٍذِئَم ْوَی َءي ِج َو﴿﴾اًّفَص اًّفَص ُكَلَمْلا َو َكُّبَر ءاَج َو﴿﴾اًّكَد اًّكَد ُض ْرَ ْلْا ِت كُد اَذِإ لاَك﴿
 َم
 ِئَم ْوَیَف﴿﴾يِتاَیَحِل ُتْم دَق يِنَتْیَل اَی ُلوُقَی﴿﴾ى َرْكِ ذلا ُهَل ى نَأ َو ُناَسنِ ْلْا ُر كَذَتَی ٍذِئَم ْوَی
ُبِ ذَعُی لً ٍذ
﴾ٌدَحَأ ُهَقاَث َو ُقِثوُی َلً َو﴿﴾ٌدَحَأ ُهَباَذَع
 
21. “Belə deyil! Yer şiddətlə uçulanda”; 22. “Rəbbinin əmri cərgə-cərgə 
mələklərlə gələndə”; 23. ”Elə həmin gün cəhənnəm hazırlananda insan 
(günahlarını) yadına salar; amma bunun nə faydası?!” 24. “(Həmin gün) Deyər: 
“Ey kaş (bu günki) həyat üçün öncədən bir şey göndərəydim”; 25. “Həmin gün 
kimsə onun kimi əzab verməz”; 26. “Kimsə onun kimi bəndə sala bilməz.” 
 
Nöqtələr 
 
◘”Dəkk” dedikdə döyəcləyib hamarlamaq mənası anlaşılır. “Dəkkə”, “dükan” 
dedikdə bir şey satmaq üçün hamarlanıb hazırlanmış yer nəzərdə tutulur. 
◘İmam Riza (ə) buyurur: “Vəcaə rəbbukə” dedikdə ilahi əmrin verilməsi nəzərdə 
tutulur.
1
Necə ki, “Nəhl” surəsinin 33-cü ayəsində buyurulur: “Rəbbinin əmri gələr.” 
◘Cəhənnəmin hazırlanması dedikdə onun üzərindən pərdənin götürülməsi nəzərdə 
tutulur.
2
Başqa bir ayə də bu mənanı təsdiqləyir.
3
◘Cəhənnəmin hazırlanması ilə bağlı ayə nazil olduqda Peyğəmbərin (s) halı elə 
dəyişdi ki, kimsə onunla danışmağa cürət etmədi. 
4
Bildirişlər 
 
1. Allah insanı var-dövlətə əsarətdən, başqalarının malına göz dikməkdən çəkindirir. 
2. Tamahkarlıq və var-dövlətə əsarətin dərmanı qiyaməti yadda saxlamaqdır. 
3. Qiyamət Allah əmrlərinin mütləq hakim olduğu gündür. 
4. Nizamlı və mərhələli hərəkət mələklərin qiyamət günündəki qüdrətini göstərir. 
5. Qiyamətdə peşimançılığın faydası yoxdur. 
6. Qiyamət günü oyanış və xatırlama günüdür. 
7. Qiyamət günü cəhənnəm zahir olar. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin