Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə251/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   247   248   249   250   251   252   253   254   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Müəyyən məkanların müqəddəsliyi ola bilər. Məkkə şəhəri qədim dövrdən and 
yeri olmuşdur. 
2. Bəzən əzəmət və diqqət təkrarla bildirilir. 
3. Yerlərin dəyəri onların sakinlərinin dəyəri ilə ölçülür. Məkkəyə buna görə and 
içilir ki, orada peyğəmbər sakindir. 
4. Övladlıq məqamı baxımından oğlanla qız arasında fərq yoxdur. 
5. Bəşəriyyətin həyatı əzab-əziyyətlər içində ötüşür. 
6. Haqq yolda xərclənməyən sərmayə peşimançılıq gətirər. 
7. İnsan ilahi elm və qüdrətin hökmü altındadır. 
8. Allahın nəzərə alınmadığı istənilən bir hesabat puç və zərərədir. 
9. Allah qarşısında hansı böyüklükdən danışmaq olar?! 
10. İnfaq yolunu düzgün getməyənlər, infaqı yerinə xərcləməyənlər, bu işdə 
riyakarlıq və yalana yol verənlər gələcəkdə peşiman olasıdır. 
Ayə 8, 9, 10, 11, 12, 13, 14, 15, 16: 
 َعْجَن ْمَلَأ﴿
 َقَعْلا َمَحَتْقا َلاَف﴿﴾ِنْیَدْج نلا ُهاَنْیَدَه َو﴿﴾ِنْیَتَفَش َو ااناَسِل َو﴿﴾ِنْیَنْیَع ُه ل ل
 اَم َو﴿﴾َةَب
 ِكْسِم ْوَأ﴿﴾ٍةَب َرْقَم اَذ اامیِتَی﴿﴾ٍةَبَغْسَم يِذ ٍم ْوَی يِف ٌماَعْطِإ ْوَأ﴿﴾ٍةَبَقَر ُّكَف﴿﴾ُةَبَقَعْلا اَم َكاَرْدَأ
 اَذ اانی
﴾ٍةَب َرْتَم
 
8. “Onun üçün iki göz yaratmadıqmı?” 9. “Bir dil və iki dodaq?” 10. “Ona iki 
yol (xeyir və şər yolu) göstərmədikmi?” 11. “Amma o çətin dolamada addım 
atmadı”; 12. “Sən nə bilirsən ki dolama (“əqəbə”) nədir?” 13. “Bir qul azad 
etməkdir”; 14. “Aclıq günü təam verməkdir”; 15. “Qohum olan yetimə”; 16. “Ya da 
yerə çökmüş çarəsizə (təam verməkdir).” 
 
Nöqtələr 
 
1
“Lisanul-ərəb” 
2
“Təfsiri-nurus-səqəleyn” 
3
“Təfsiri-nurus-səqəleyn” 


251 
◘”Nəcd” dedikdə hündür yer, “təhamə” dedikdə dərə nəzərdə tutulur. İmam Sadiq 
(ə) buyurur ki, xeyir və şər yola birlikdə “nəcdəyn” deyilir.
1
Xeyir və şər yolun yüksələn yola bənzədilməsinin müəyyən səbəbləri ola bilər. 
Məsələn, xeyir yol nəfslə mübarizə, şər yol onun adı nəticələri səbəbindən yüksələn yol 
kimi çətin ola bilər. Digər bir tərəfdən, xeyir və şər məsələsi düşüncəli insan üçün hündür 
yer kimi aydındır. 
◘”Əqəbə” sözü dolama, dar keçid mənasını bildirir. “İqtəham” dedikdə insanın 
özünü çətinliyə salması nəzərdə tutulur. “Məsğəbə” sözü aclıq, “məqrəbə” sözü qohum, 
“mətrəbə” sözü torpağa oturmuş mənasını ifadə edir. 
◘Hədisdə nəql olunur ki, imam Riza (ə) süfrəyə əyləşərkən yanına böyük bir sini 
qoyarmış. O süfrədə olanların ən yaxşılarından həmin siniyə yığar və fəqirlərə 
göndərərmiş. Həmin vaxt imamın “bələd” surəsinin 14-cü surəsini oxuduğu bildirilir. 
İmam uyğun ayəni oxuduqdan sonra buyurarmış: “Allah bilir ki, hamıda qul azad etmək 
gücü yoxdur. Buna görə də behiştə aparacaq başqa yollar qoyub.”
2
◘Ötən ayədə bildirildi ki, insan kimsənin onu görmədiyinimi düşünür? Hazırkı 
ayədə insan nəzarətdə olmadığı üçün qınanır. 
◘Allah-taala insanın gözü üçün bir neçə qoruyucu vasitə qərar vermişdir. Göz kəllə 
sümüyündəki çökəkliklərdə yerləşir. Piydən olan gözün zaman ötdükcə xarab olmaması 
üçün o duzlu göz yaşı ilə təmasda olur. Kipriklər gözün qapıçısı, göz qapaqları onun 
örtüyüdür. Qaşlar gözə kölgə salır, alındakı xətlər təri çörənin iki tərəfinə yönəldir. 
Göz gün uzunu on minlərlə əks qeydə alır. O xüsusi bir tənzimləməyə ehtiyac 
duymur. Piydən yaranmış, on illər boyu əks qeydə alan bu qurğu Allahın qüdrətindən 
danışmırmı?! 
Göz məhəbbət və qəzəbin, təəccüb və təsdiqin, gözəllik və eşqin aynasıdır. İnsan göz 
vasitəsi ilə rabitəyə qatılır, dil vasitəsi ilə ünsiyyət yaradır. Bu üzvlər ətraf aləmlə ən 
üstün, ən ucuz, ən sadə, ən ümumi rabitə vasitəsidir, onlar vasitəsi ilə insan öz biliyini 
artırır. İnsan bir gözü ilə məsafəni təyin edib incəliklərə vara bilmir. Olsun ki, bu 
səbəbdən Quranda hər iki göz qeyd olunur. 
Göz insana xüsusi gözəllik verir, onun informasiya əldə etməsinə yardımçı olur. 
Ağzı və qulağı örtülü insanı tanımaq olur. Amma gözləri bağlı insanı tanımaq mümkün 
deyil. Göz qəlb və eşq pəncərəsidir. Şair deyir:
Aman göz əlindən könül əlindən, 
Göz görəni qəlbdə tapasısan sən. 
Bir xəncər düzəldim tiyəsi polad
Sancım gözə könül qoy olsun azad. 
 
◘Göz ətrafa nüfuz yoludur. Müəllimin gözünə baxan şagirdlə lent yazısında 
müəllimi dinləyən şagird arasında çox fərq var. 
◘Dil və dodaqlar birlikdə səs yaradır. Onların həmkarlığı yoxsa, danışmaq da 
mümkün deyil. 
Dinlərin müxtəlifliyi,çeşidli ləhcələr Allahın qüdrətindən danışır. İnsan üçün 
danışıqda heç bir məhdudiyyət yoxdur. Dil həm də dadma qabiliyyətinə malikdir və 
tamları müəyyənləşdirir. Maraqlıdır ki, dilin hər hissəsi bir dadı hiss edir. İlahi qüdrət 
1
“Kafi”, c. 1, s. 163 
2
“Təfsiri-nurus-səqəleyn” 


252 
sayəsində ağızda ehtiyac duyulan rütubət yaranır. Dil qidaları dişlərin altında həll edir. 
Hansı ki bu prosesde ozu zədələnmir. Ağıza qoyulan tikəni dil yoxlayır, bir maneə 
olmadıqda üyüdülməyə verir. Qidalanmanın sonunda ağıza süpürgə çəkən də dildir. 
Zahirən sadə quruluşlu dodaqlar qidalanma, xüsusi ilə uşaqların süd əmməsi, üfürmə, 
çeynəmə, dadma, danışıq üçün əvəzolunmaz vasitədir. 
Göz, dil və dodaqlar insana həm xeyir, həm də şər gətirə bilər. Allah bu iki yol 
barədə xəbərdarlıq edir. 
◘Başqalarını yoxsulluq və əsarətdən qurtarmaq lazımdır. Hətta kafirlərə də bu 
yönümdə əl uzatmaq zəruridir. Bu səbəbdən də qulun azad edilməsi, fəqirin doyurulması 
əmr olunarkən iman şərt qoyulmur. 
◘Zaman və məkan göstəriciləri, fərdlərin xüsusiyyətləri işin dəyərinə təsir göstərir. 
Təam vermək hər vaxt yaxşı sayılsa da, qıtlıq dövründə təam verməyin xüsusi imtiyazları 
var. Yetimə nəvaziş göstərmək yaxşıdır. Amma qohumlardan olan yetimə nəvaziş 
göstərilməsi daha mühümdür. Yoxsullara əl tutmaq yaxşıdır. Amma yoxsulluqdan yerə 
çökənlərə əl tutmağın daha böyük əhəmiyyəti var. 
◘Yoxsulların xeyri üçün maldan keçmək çətin dolamanı adlamaq kimdir. Behişt 
yolu bu dolamalardan ötür. 
◘Olsun ki, bu ayələrlə bağlı nümunələr göstərmək çətin olmaya. Qul azad etmək 
dedikdə insanların cəhənnəm odundan xilası, təam vermək dedikdə insanların mənəvi 
aclığına diqqət, yetimlərə sevgi dedikdə peyğəmbər övladlarına sevgi, miskinlərə kömək 
dedikdə insanların doğru yola hidayəti nəzərdə tutula bilər. Sadaladığımız nümunələri 
təsdiqləyən hədislər var. Məsələn, insanın öyrətdiyi elm mənəvi bir təamdır.
1
◘Həzrət Peyğəmbər (s) buyurur: “Ətqə ərəqəbə” dedikdə insanın təkbaşına qul azad 
etməsi, “fəkku rəqəbə” dedikdə insanın qulun azad edilməsinə yardım göstərməsi nəzərdə 
tutulur.”
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin