Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə254/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   250   251   252   253   254   255   256   257   ...   317
NUR-TƏFSİRİ-12

رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8: 
اَه لاَج اَذِإ ِراَه نلا َو﴿﴾اَه َلاَت اَذِإ ِرَمَقْلا َو﴿﴾اَهاَحُض َو ِسْم شلا َو﴿
 اَذِإ ِلْی للا َو﴿﴾
 اَهَمَهْلَأََف﴿﴾اَها وَس اَم َو ٍسْفَن َو﴿﴾اَهاَحَط اَم َو ِض ْرَ ْلْا َو﴿﴾اَهاَنَب اَم َو ءاَم سلا َو﴿﴾اَهاَشْغَی
﴾اَها َوْقَت َو اَهَروُجُف
 
 
1. “And olsun günəşə və onun nuruna”; 2. “And olsun günəşin ardınca görünən 
aya”; 3. “And olsun yeri işıqlandıran gündüzü”; 4. “And olsun yeri örtən gecəyə”; 
5. “And olsun səmaya və onu yaradana”; 6. “And olsun yerə və onu döşəyənə”; 7. 
“And olsun nəfsə və onu qaydaya salana”; 8. “Ona çirkinlikləri və paklıqları ilham 
etdi.” 
 
Nöqtələr 
 
◘Günəş və aya, gecə və gündüzə and içilməsinin səbəbi bu ola bilər ki, nəfsi 
paklamağın günəş və ay qədər əzəmətli olduğu açıqlansın. 
◘Günəş və ayın, gecə və gündüzün dəyəri hamıya məlumdur. Canlıların, buludların 
yaranması və yağış yağması, bitki və ağacların cücərməsi, canlıların qidalanması günəşin 
işıq və istliyindən asılıdır. 
1
“Təfsiri-əl mizan” 


256 
◘Quranda bəzən əzəmətli günəşə və bəzən kiçik əncir və zeytuna and içilir. Olsun 
ki, bu misallar Allahın qüdrəti qarşısında bütün işlərin asanlığını nəzərə çatdırır. İnsan 
gözü üçün dağa və ya saman çöpünə baxmağın fərqi yoxdur. Dağa baxmaq gözə ağırlıq 
salmır. Allah üçün də dağı yaratmaqla, ənciri yaratmaq arasında fərq yoxdur. Əlbəttə ki, 
ən böyük and Allahın zatına anddır. Bu and da insanların ilahi rəhbərə təslim olması ilə 
bağlı içilərsə fərqlənir.
1
◘Ən çox and içilən surə “şəms” surəsidir. Əlbəttə ki, bu andların sayı mövzunun 
mühümlüyündən danışır. Bu mövzu isə nəfsin çirkinliklərdən təmizlənməsidir. Bildirilir 
ki, insan yalnız nəfsini paklamaqla nicat tapa bilər. İnsanın nəzərinə çatdırılır ki, onun 
təkamülü üçün bütün müqəddimələr hazırlanmışdır. Günəş və ayın nuru yer üzünü 
işıqlandırır, gecə və gündüzün yerdəyişməsi ilə iş və istirahət üçün zəmin yaranır. 
Ayaqlar altına yer döşənir, baş üzərində səma qərar verilir. İnsanın çirkinlikləri və 
yaxşılıqları dərki üçün ona ilham olunur. Beləcə insan azad şəkildə nəfsi paklama yolunu 
seçməlidir. 
Buludlar, küləklər, günəş, həm də ay 
Səni ehtiyacdan qurtarmaq üçün. 
Varlıq sənin xidmətində dururkən, 
İnsafmı Rəbbinı çəkəsən çiyin?! 
 
◘”Fucurəha” sözü “fəcr” sözündən olub parçalama mənasını bildirir. 
◘Səmaların yüksəldilməsi və yerin döşənməsi ya bilavasitə Allahın iradəsi ilə, ya da 
Allahın müəyyənləşdirdiyi təbii vasitələrlə həyata keçir. “Vəssəmai və ma bənana” 
ayəsindəki “ma” hissəsi bu işin Allahdan qeyrilərinə də aid olduğunu göstərir. Yəni 
səmanın ucaldılmasında Allahın müəyyənləşdirdiyi təbii qüvvələr, cazibələr və dəf 
etmələr rol oynayır. “Ma” hissəsi Allaha da işarə ola bilər. Bu halda həmin hissə ilahi 
əzəmətə işarə kimi işlədilmişdir.
◘Varlıq aləmi ilk əvvəldən yığcam bir kütlə halında olmuşdur. Sonradan onun bir 
hissəsi ayrılıb səma kimi yüksəlmiş, digər bir hissəsi yer kimi döşənmişdir. “Ənbiya” 
suəsinin 30-cu ayəsində, səma və yer bağlı idi, biz onu açdıq. 
◘Bəziləri “təhaha” sözünün yerin hərəkətinə işarə olduğunu bildirir. Çünki bu sözün 
bir mənası da qovmaq, hərəkətə gətirməkdir. 
◘İslam insanın düşüncəsini qarın və şəhvətdən, zor və şərabdan ayıraraq göy 
qatlarına, yer qatlarına, səma cisimlərinin hərəkətinə, gecə-gündüzün yaranışına yönəldir. 
◘Qeyd edilir ki, vəhy və ilham arasındakı əsas fərq bundan ibarətdir ki, vəhyin 
qaynağı tanınır, ilhamın qaynağı dərk edilmir.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin