Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə257/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   253   254   255   256   257   258   259   260   ...   317
NUR-TƏFSİRİ-12

 
OTUZUNCU CÜZ 
 
“LƏYL” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 21 ayədən ibarətdir. 
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. Həmin ayədə “ləylə” yəni 
başlamaqda olan gecəyə and içilir. 
Surə insanların fərqli təlaşlarının bəyanı ilə başlayıb mükafatlandırma qanunlarının 
bəyanı ilə başa çatır. Bu qanunlara əsasən, ehsan insanın işlərini yüngülləşdirir, xəsislik 
və məqampərəstlik ona problemlər yaradır. 
Surədə Allahın ümumi hidayət sünnəsinə işarə olunur. İlahi xəbərdarlıqlara 
diqqətsizlik göstərənlər cəhənnəm odu, təqva əhli azadlıqla müjdələnir. Zəkat əhli olan 
təqvalılar öz işlərində yalnız Allahın razılığını izləyirlər. Allah da onların razılığı üçün 
zəmin yaradır.
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4: 
 َشَل ْمُكَیْعَس نِإ﴿﴾ىَثنُ ْلْا َو َرَك ذلا َقَلَخ اَم َو﴿﴾ى لَجَت اَذِإ ِراَه نلا َو﴿﴾ىَشْغَی اَذِإ ِلْی للا َو﴿
﴾ى ت
 
1. “And olsun (yeri öz qara pərdəsi ilə) bürüməkdə olan gecəyə”; 2. “And olsun 
işıqlanmaqda olan gündüzə”; 3. “And olsun erkək və dişini yaradana”; 4. 
“Həqiqətən, sizin təlaşlarınız fərqlidir.” 
 
Nöqtələr 
 
◘Hədisdə bildirilir ki, Allah öz yaratdıqlarından istənilən birinə and içə bilər. Amma 
insanların yalnız Allaha and içməsi mümkün sayılır.
1
◘”Şətta” sözü pərakəndə mənasını bildirən “şətit” sözünün cəm formasıdır. Ayədə 
yalnız təlaşların fərqliliyi nəzərdə tutulmur. Bu fərqlər təlaşların son nəticəsinə də aiddir. 
◘Gecənin qaranlığı (kölgəsi) böyük bir nemətdir. Bu qaranlıqda temperaturlar 
tarazlaşır, insanın cismi və ruhunda aramlıq yaranır, səmimi dualar oxunur. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin