261
4. Allahın mərhəmət və qəzəbi arasındakı fərqlər hikmət və ədalətə əsaslanır. Bu
fərqin səbəbi insanların təlaşlarındakı fərqdir.
Ayə 5, 6, 7, 8, 9, 10, 11:
َف﴿
َِ َِ َِ َِ ِ سَیُنَسَف﴿﴾ىَنْسُحْلاِب َق دَص َو﴿﴾ىَق تا َو ىَطْعَأ نَم ا مَأَ
نَم ا مَأ َو﴿﴾ى َرْسُیْلِل ُهُر
َت اَذِإ ُهُلاَم ُهْنَع يِنْغُی اَم َو﴿﴾ى َرْسُعْلِل ُهُرِ سَیُنَسَف﴿﴾ىَنْسُحْلاِب َب ذَك َو﴿﴾ىَنْغَتْسا َو َل ِخَب
﴾ى د َر
5. “Amma o kəs ki infaq etdi və qorxdu”; 6. “Gözəl mükafatı təsdiq etdi”; 7.
“Tezliklə onu ən üstün yol üçün hazırlaycağıq”; 8. “Amma o kəs ki, xəsislik göstərdi
və özünü ehtiyacsız saydı”; 9. “Gözəl mükafatı təkzib etdi”; 10. “Onu ən ağır yola
çəkəcəyik”; 11. “Həlak olduğu vaxt var-dövləti ona xeyir verməyəcək.”
Nöqtələr
◘Təqva ilə yanaşı əta dedikdə xalis niyyətlə, minnətsiz, halaldan, Allah yolunda əta
nəzərdə tutula bilər. Bütün bu səciyyələr təqva sözündə xülasələşmişdir.
◘Allah yalnız insanların fərqli təlaşlarına görə onların bəzisi üçün xeyir, bəzisi üçün
şər yol açır.
◘Nəql olunur ki, varlı bir şəxsin meyvə ağacından
düşən meyvələri qonşunun
uşaqları yeyərdi. Ağac sahibi meyvəni uşaqların ağzından çıxarardı. Həmin uşaqların
atası məsələni Peyğəmbərə (s) danışdı. Həzrət Peyğəmbər (s) ağac sahibinin yanına gedib
behişt ağacı müqabilində həmin ağacı Peyğəmbərə (s) satmasını təklif etdi. Ağac sahibi
bu təklifi rədd edib dedi: “Nağd dünyanı nisyə axirətə satmıram.” Peyğəmbər (s) həmin
yeri tərk etdi. Peyğəmbərin (s) yaxınlarından biri soruşdu: “Ya Rəsuləllah (s), həmin
ağacı məndən də həmin qiymətə alarsınızmı?” Həzrət (s) buyurdu: “Bəli.”
Həmin şəxs
ağac sahibinin yanına gedib küllü miqdarda pul verərək Peyğəmbərin (s) ixtiyarına verdi.
Peyğəmbər (s) yoxsulun evinə gəlib ağacı onlara bağışladı. Həmin vaxt hazırkı ayələr
nazil oldu.
1
◘Hər kəs iman və təqva əsasında səxavət yolunda ilk addım atsa, Allah həmin şəxsin
tutumunu və ruhi durumunu bir çox işlər üçün hazırlayar, onu xeyir işlərə müvəffəq edər.
Bu şəxsin təcrübəsi, düşüncəsi, bacarığı güclənər. Allah ona ilham, istedad verər. Həmin
şəxsin
ictimai nüfuzu artar, qarşısında xeyir işlər üçün yol açılar. Bütün bunlar hazırkı
ayələrin nümunəsidir.
◘İncə nöqtələrdən biri budur ki, Quran buyurur: “Biz
onu ən asan yol üçün
hazırlayırıq.” Buyurulmur ki, onun işini asanlaşdırarıq. Bu iki təbir arasında fərq var.
Yolun asanlaşması ilə işin asanlaşması fərqli məfhumlardır. İnsan
təvəkkül, dua, ilahi
qüdrətə bağlanmaqla qəlbini o qədər genişləndirib aramlaşdıra
bilər ki, bütün işlər ona
asan gələr, xeyir işdən çəkinməz.
◘Kərbəla tarixçəsində oxuyuruq ki, xanım Zeynəb (s.ə.) imam Hüseynin (ə) tikə-tikə
doğranmış cisminə görüb dedi: “Pərvərdigara, bu şəhid Sənin əzəmətin qarşısında
kiçikdir. Onu qəbul et!” Bəli, iman və təqva insanı bütün hadisələrə hazırlayır, onu
dözümlü edir. İmam Hüseyn (ə) qılınc ağrılarını hiss etmirdi.
◘”Yusra” və “usra” sözləri
asan və çətin işlərə, yollara işarədir.
Əsas məsələ bağışlamaqdır. Nədən bağışlamaq, nə qədər bağışlamaq mühüm deyil.
1
“Təfsiri-nümunə”
262
◘”Husna” sözü ya “ruca” sözü kimi məsdərdir, ya da “əhsən”
sözünün müənnəs
(qadın cinsi) formasıdır.
◘İmam Baqir (ə) hazırkı ayələrlə bağlı buyurur: “İnsan hansı işə üz tutarsa Allah
həmin işi onun üçün asanlaşdırar.”
1
Növbəti ayələrin təfsirində buyurulur: “İnsan şər bir
iş görmək qərarına gələndə Allah həmin işin yerinə yetirilməsini asanlaşdırır.”
2
Dostları ilə paylaş: