Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə26/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   22   23   24   25   26   27   28   29   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Münafiqlər İslam hökumətini süquta uğratmağa çalışırlar. 
2. Münafiqlər özlərini iqtidarlı, Peyğəmbər (s) və möminləri zəlil sayırlar. 
3. Allah möminlər öz imanlarını qoruyacaqları təqdirdə onların qələbə çalacağını 
zamin durmuşdur. 
4. İzzət yalnız Allah, Peyğəmbər (s) və möminlərə məxsusdur. 
5. Düşmənin azğın sözlərini cavablandırın. ÖPzünü qüvvəli, Peyğəmbəri (s) zəlil 
sayanlara həqiqi izzətin kimə məxsus olduğunu deyin. 
6. Münafiqlər həqiqəti dərk etməkdə acizdirlər. Onlar anlamırlar ki, Allah 
möminlərə yardım etmək istəsə iqtisadi blokadalar onun qarşısını ala bilməz. Həqiqəti 
izzətin iman əhlinə məxsus olduğunu dərk etmək münafiqlərin gücündə deyil. 
Ayə 9: 
َكِلَذ ْلَعْفَی نَم َو ِ لِلّٱ ِرْكِذ نَع ْمُكُد َلً ْوَأ َلً َو ْمُكُلا َوْمَأ ْمُكِهْلُت َلً ْاوُنَماَء َنیِذ لٱ اَهُّیَأ اَی﴿
﴾ َنوُرِساَخْلٱ ُمُه َكِئَل ْوُأََف
 
“Ey iman gətirənlər, malınız və övladınız sizi Allah zikrindən yayındırmasın. 
Belə edənlər həmin ziyankarlardır.” 
 
Nöqtələr 
 
◘Münafiqlərlə bağlı söhbət bu ayəyədək başa çatmışdı. Amma dünyaya bağlılıq əsas 
nifaq amillərindən olduğu üçün bu ayədə Allah-taala möminləri mal və övlada əsarətdən 
çəkindirir.
4
Allah zikrindən qəflət 
 
1
“Kafi”, c. 5, s. 63 
2
“Təfsire-nurus-səqəleyn” 
3
“Təfsiri-ətyəbul-bəyan” 
4
“Təfsiri-nümunə” 


32 
İnsanı Allah zikrindən ayıran səbəblər çoxdur. Onları ən mühümləri bu ayədə yada 
salınmış mal və övladdır. Şərab və qumar da Allah zikrinə mane olan səbəblərdəndir.
1
Alış-veriş, ticarət də insanı ilahi düşüncələrdən ayıra bilər. Bu səbəbdən də ticarət 
zamanı Allahı unutmayanlar mədh edilir.
2
Var-dövlət toplamaq həvəsi insanı Allah 
zikrindən ayıran səbəblərdəndir.
3
Uzun-uzadı arzular da insanın fikrini yayındırır.
4
Digər 
qəflət amili insanın rifaha meyl göstərməsidir.
5
Qeyd etmək lazımdır ki, axirət üçün müqəddimə sayılmayan dünyaya bağlılıq 
təhlükəlidir. Belə ki, dünya həyatını bəzəyən insan qətiyyən axirət barədə düşünmür
yalnız dünyası üçün çalışır. Belə bir meyl insanı Allah zikrindən uzaqlaşdırır.
6
Şübhəsiz ki, Allahdan qəflət insanı şeytana yaxınlaşdırır.
7
Nəticədə insan ağrılı 
əzaba düçar olur.
8
◘İnsana xəbərdarlıqlarda məqsəd Allah zikrindən uzaqlığın təhlükəsini önə 
çəkməkdir. Mal və övlad ona görə yada salınır ki, bu iki amil əsas qəflət amillərindəndir. 
◘Allahın zikri dedikdə onun istənilən bir şəkildə yada salınması nəzərdə tutulur. 
Amma ən üstün zikr namazdır. Bəli, mal və övlada əsarət insanı namazdan ayırır. 
◘Olsun ki, mal və övlad öz zahiri cilvəsi ilə insanı yayındırır.
9
◘Quran mal və övladı fitnə və sınaq amili sayır.
10
Başqa bir ayədə mal və övladın 
insanı Allaha yaxınlaşdırmadığı bildirlir.
11

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin