Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə262/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   258   259   260   261   262   263   264   265   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Gündüzün nuru, gecənin qaranlığı Allahın iki böyük nemətidir. Allah bu iki 
nemətə and içir. 
2. Qətiyyət göstərib bədxahların sözünü kəsin, pak insanların qəlbini ələ alın. 
3. Yersiz mühakimələri, təhlilləri dərhal cavablandırın. 
4. Tərbiyəçi tərbiyə etdiyi şəxsi tərk etməməlidir. 
5. Lütfün bir ara kəsilməsini Allahın qəzəbi kimi dəyərləndirməyin. 
Ayə 6, 7, 8, 9, 10, 11: 
 َكْد ِجَی ْمَلَأ﴿
 
 ِتَیْلا ا مَأََف﴿﴾ىَنْغَأََف الاِئاَع َكَدَج َو َو﴿﴾ىَدَهَف ًّلًاَض َكَدَج َو َو﴿﴾ى َوآَف اامیِتَی
َلاَف َمی
﴾ ْثِ دَحَف َكِ بَر ِةَمْعِنِب ا مَأ َو﴿﴾ ْرَهْنَت َلاَف َلِئا سلا ا مَأ َو﴿﴾ ْرَهْقَت
 
6. “Səni yetim halda tapıb sığınacaq vermədimi?!” 7. “Səni çaşqın vəziyyətdə 
tapıb hidayət etmədimi?!” 8. Səni yoxsul halda tapıb ehtiyacını ödəmədimi?!” 9. 
“Beləsə, yetimə qarşı sərtlik göstərmə”; 10. “Dilənçini özündən uzaqlaşdırma”; 11. 
“Rəbbinin nemətini yada sal.” 
 
Nöqtələr 
 
◘4-cü ayədə axirət deyərkən ya qiyamət günü, ya da Peyğəmbərin (s) dünyadakı 
işlərinin sonu nəzərdə tutulur. 
◘Hələ Peyğəmbər (s) dünaya gəlməmiş atası Abdullah dünyasını dəyişdi. Uşaq 
yaşında ikən həzrət (s) öz anasını itirdi. Babası Əbdül-Mütəllib dünyasını dəyişəndə 
Peyğəmbərin (s) səkkiz yaşı vardı. Beləcə, həzrət yetimlərlə həmdərd idi.
◘“Nəcm” surəsinin 2-ci ayəsində Peyğəmbərin (s) daim doğru yolda olduğu 
bildirilir. Demək, 7-ci ayədə Peyğəmbərin (s) nəzərinə çatdırılır ki, əgər Allahın hidayəti 
olmasaydı sən müvəffəq ola bilməzdin. Necə ki, “Şura” surəsinin 52-ci ayəsində 
Peyğəmbərin (s) ilahi lütf sayəsində səmavi kitab və imana çatdığı bildirilir. “Yusuf” 
surəsinin 3-cü ayəsində buyurulur ki, Peyğəmbər (s) Quran nazil olanadək xəbərsizlərdən 
idi. “Zall” sözü həm azğın, həm də itmiş mənasını bildirir. Necə ki, hikmət möminin 
itkisi sayılır.
1
◘Bəli, Peyğəmbər (s) vəhydən öncə qeyri-müəyyən vəziyyətdə idi. O vəhy nuru 
sayəsində ilahi vəzifələri ilə tanış oldu. 
◘”Ail” dedikdə yoxsul şəxs, “qəhr” dedikdə alçaltma ilə müşayiət olunan qələbə 
nəzərdə tutulur. “Nəhr” dedikdə qəzəblə qovmaq mənası anlaşılır. Çayda su sürətlə 
axdığından ona həm də nəhr deyilir. 
◘Yetimin ehtiyacları ödənməsə əxlaqi və ictimai fəsadlar artar. Yetimə diqqətsizlik 
onu amansızlaşdıra bilər. 
◘Hədisdə bildirilir ki, Quranın ən ümidverici ayəsi hazırkı surənin 5-ci ayəsidir.
2
◘Bu ayədə şəfaət nəzərdə tutulur. 
◘Allah Peyğəmbərin (s) dünya və axirətdəki razılığına diqqətlə yanaşır. Dünya 
həyatında məhz Peyğəmbərin (s) razılığına xatir qiblə dəyişdirildi. Yəhudilərin qibləyə 
1
“Nəhcül-bəlağə”, hikmət 80
2
“Şəvahidut-tənzil”, c. 2, s. 446 


266 
görə Peyğəmbərə (s) minnət qoyması onu narahat edirdi. Axirətdə də şəfaət məqamı 
Peyğəmbərin (s) razılığına xatir müəyyənləşdirilmişdir. 
◘İmam Baqir (ə) iki dəfə ardıcıl şəkildə and içir ki, Peyğəmbərə (s) xüsusi əta 
dedikdə şəfaət nəzərdə tutulmuşdur.
1
İmam Sadiq (ə) buyurur: “Cədimin razılığı 
təkallahlı insanın odda qalmamasındadır.”
2
◘İmam Sadiq (ə) hazırkı surənin 11-ci ayəsi ilə bağlı buyurur: “Burada Allahın 
ətalarını, üstünlüklərini, ruzilərini, ehsanlarını və hidayətlərini yada salmaq tapşırılır.”
3
◘İslam peyğəmbəri (s) buyurur: “Həyatında ilahi nemətlərin əsərləri görünməyən 
kəs Allahın düşməni, onun nemətlərinin müxalifidir.”
4

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin