Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə264/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   260   261   262   263   264   265   266   267   ...   317
NUR-TƏFSİRİ-12

“ŞƏRH” SURƏSİ 
 
(94-CÜ SURƏ; 8 AYƏ)
 
OTUZUNCU CÜZ 
 
“ŞƏRH” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 8 ayədən ibarətdir. “Zuha” surəsindən sonra nazil 
olmuş bu surədə də Peyğəmbərə (s) əta olunmuş nemətlərdən danışır. Əsasən üç mənəvi 
nemət yada salınır: həzrətə geniş qəlbin əta olunması, gələcəkdə risalətlə bağlı 
müşküllərin həll olunması ilə bağlı müjdə, yeganə Allaha diqqət. 
Olsun ki, hər iki surədə Peyğəmbərə (s) əta olunmuş nemətlərdən danışıldığından bu 
iki surə bir surə kimi qəbul olunur. Namazda “ixlas” surəsinin əvəzinə “Zuha” və “Şərh” 
surələri birlikdə oxuna bilər. 
“Şərh” surəsini oxumağın bir sıra fəzilətləri var. Həzrət Peyğəmbər (s) buyurur: “Bu 
surəni oxuyan şəxs Peyğəmbəri (s) qəmgin görüb onun qəmini dağıdan şəxsin savabına 
malikdir.
1
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8: 
َكَل اَنْعَف َر َو﴿﴾ َك َرْهَظ َضَقنَأ يِذ لا﴿﴾ َكَر ْزِو َكنَع اَنْعَض َو َو﴿﴾ َكَرْدَص َكَل ْحَرْشَن ْمَلَأ﴿
 َعَم نِإ﴿﴾اارْسُی ِرْسُعْلا َعَم نِإَف﴿﴾ َكَرْكِذ
 
 َكِ بَر ىَلِإ َو﴿﴾ ْبَصناَف َتْغَرَف اَذِإَف﴿﴾اارْسُی ِرْسُعْلا
 
﴾ ْبَغ ْراَف
 
“(Ey peyğəmbər)
Sənin qəlbini genişləndirmədikmi?! Üzərindən ağır yükü 
götürmədikmi?! Elə bir yük ki sənin belini qırırdı; sənin adını ucaltdıq; şübhəsiz, 
hər çətinlikdən sonra bir yüngüllük var; bəli, hər çətinlikdən sonra yügünlük; elə ki 
vaxt tapdın təlaş göstər; rəğbət və iştiyaqla Rəbbinə üz tut.” 
 
Nöqtələr 
 
◘Ötən surədə buyuruldu ki, Allah Peyğəmbəri (s) tərk etməmişdir. Hazırkı surədə 
isə buna dəlil olaraq Peyğəmbərə (s) geniş qəlb əta edilməsi vurğulanır. 
◘“Şərhi-sədr” dedikdə köksün, qəlbin genişlənməsi, insanın tutumunun artması 
nəzərdə tutulur. Belə bir insan çətinliklərə sinə gəlir, problemlər qarşısında səbirli olur. 
◘Allah həzrət Musanı Peyğəmbərliyə (s) seçdiyi vaxt Musanın ilkin istəyi geniş qəlb 
oldu.
2
Amma İslam peyğəmbəri (s) belə bir istəklə müraciət edənədək ona geniş qəlb əta 
olundu. 
1
“Məcməul-bəyan” 
2
“Taha”, 25 


269 
◘Surədə Peyğəmbərin (s) üzərindəki ağır yükün götürüldüyü bildirilir. Bu yük 
peyğəmbərlik məsuliyyəti, insanların tövhidə dəvəti, fəsad və şirklə mübarizə idi. Allah-
taala Peyğəmbərə (s) geniş köks verməklə onu bu yükdən azad etdi. 
◘İnsanın qəm-qüssəsini azaltmaq mümkün deyil. Bu qəm-qüssə yükünü 
yüngülləşdirmək üçün yalnız onun tutumunun artması zəruridir. Tutumlu insan 
problemləri asanlıqla ötürür. Geniş köks Allahın xüsusi lütfüdür. Allah doğru yola 
çəkmək istədiyi şəxsin ruhunu İslam üçün genişləndirir.
1
◘Psixoloji baxımdan insan öz düşüncəsini problemlərə əsir etməməlidir. Allah vəd 
edir ki, çətinlikdən sonra asanlıq gəlir. Bu barədə düşünüb rahatlaşmaq lazımdır. 
◘Çətinlik yüngüllük üçün bir səbəbdir. Ayədəki “məə” sözü səbəb mənasında işlənə 
bilər. Yəni hər çətinliyin batinində insan üçün təcrübələr var. 
◘İkinci cümlədə “fa” şəkilçisinin işlədilməməsi göstərir ki, bu qayda təkcə 
Peyğəmbər (s) üçün deyil. Hər bir insan üçün çətinlikdən sonra yüngüllük var. 
◘İlahi rəhbərlərin müxtəlif problemlər, o cümlədən müxaliflərin hücumları, 
işgəncələri, böhtanları və inadkarlıqları qarşısında hər nədən artıq geniş qəlbə ehtiyacları 
var. 
◘Rəvayətlərə əsasən “Zuha” və “Şərh” surələri bir surə sayılır. “Fil” və “Qüreyş” 
surələri də belədir. Vacib namazlarda Həmddən sonra bu surələr birlikdə oxuna bilər. Bu 
müddəa risalələrdə də təsdiqlənir. Uyğun müddəanın dəlillərindən biri 1-ci surənin son 
ayəsinin 2-ci surənin ilk ayəsinə uyğun olmasıdır. 
◘Peyğəmbər (s) ona əta olunmuş “şərhi sədr” səbəbindən öz qövmünün əzab-
əziyyətləri qarşısında onlara nifrin etmədi. Həzrət onu hər addımda incidənlərə dua 
edirdi.
2
Peyğəmbər (s) Məkkənin fəthindən sonra ümumi əfv elan etdi. Həzrət Yusif 
qardaşlarını bağışladığı kimi, həzrət bütün ümməti əfv etdi. 
◘Bəli, Peyğəmbərin (s) üzərindən ağır yükün götürülməsi sayəsində insanlar axın-
axın İslama üz tuturdular.
3
Müsəlmanlar Bədr, Xəndək və Hüneyn savaşlarında qalib 
gəldilər. Bəzi münafiqlər və qorxaqlar İslam cəbhəsini tərk etsələr də bu din günbə gün 
güclənirdi. Əksər hallarda Peyğəmbərin (s) yükü həzrət Əlinin (ə) vasitəsi ilə 
yüngülləşdirilirdi. Həzrət Əli (ə) Bədr, Xeybər və Ühüd savaşlarında böyük şücaətlər 
göstərdi. Əlbəttə ki, bəzən bu yük qeybi yardımlar, mələklər, düşmənlərin qəlbinə qorxu 
salınması vasitəsi ilə yüngülləşirdi.
4
◘Allah peyğəmbərinin adını ucaldır, onu izzətləndirirdi. Quranda Peyğəmbərə (s) 
salam-salavat göstərişi verilir.
5
Allah Peyğəmbərin (s) adını öz adı ilə yanaşı çəkir.
6
Allah 
azanda Peyğəmbərə (s) şəhadəti öz yeganəliyinə şəhadətlə yanaşı qərar vermişdir. Hər 
namazın təşəhhüdündə həmin şəhadətlər təkrarlanır.
◘Bir qadın həzrət Əliyə (ə) şikayətləndi ki, əri onun ehtiyaclarını ödəmir. Həzrət 
onun ərini cəzalandırmayıb buyurdu ki, hər çətinlikdən sonra asanlıq var.
7

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin