Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə266/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   262   263   264   265   266   267   268   269   ...   317
NUR-TƏFSİRİ-12

رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8: 
 ِف َناَسن ِ ْلْا اَنْقَلَخ ْدَقَل﴿﴾ِنیِمَ ْلْا ِدَلَبْلا اَذَه َو﴿﴾َنیِنیِس ِروُط َو﴿﴾ِنوُتْی زلا َو ِنیِ تلا َو﴿
ِنَسْحَأ ي
 ِلا صلا اوُلِمَع َو اوُنَمآ َنیِذ لا لًِإ﴿﴾َنیِلِفاَس َلَفْسَأ ُهاَنْدَد َر مُث﴿﴾ ٍمیِوْقَت
 ْیَغ ٌرْجَأ ْمُهَلَف ِتاَح
 ُر
﴾ َنی ِمِكاَحْلا ِمَكْحَأَِب ُ اللّ َسْیَلَأ﴿﴾ِنیِ دلاِب ُدْعَب َكُبِ ذَكُی اَمَف﴿﴾ٍنوُنْمَم
 
“And olsun əncir və zeytuna; and olsun Sina dağına; and olsun bu əmin-aman 
şəhərə; həqiqətən, biz insanı ən üstün biçimdə yaratdıq; sonra onu ən aşağı 
mərtəbəyə endirdik; yalnız iman gətirib saleh işlər görən kəslər istisnadır, onlar 
üçün tükənməz və həmişəlik mükafat var; bu halda hansı səbəbdən qiyaməti təkzib 
edirsən? Allah hökm edənlərin ən üstünü deyilmi?!” 
 
Nöqtələr 
 
◘“Turi-sinin” dedikdə Misir və Fələstin arasındakı Sina vadisi nəzərdə tutulur. 
◘Bəzi rəvayətlərdə bildirilir ki, əncir və zeytuna and içilərkən bu meyvələrin bitdiyi 
yer, yəni Mədinə və Beytül-Müqəddəs nəzərdə tutulur.
1
◘Qidalar və meyvələr arasında insan orqanizminin daha çox ehtiyac duyduğu şəkərli 
və yağlı meyvələr var. 
◘Əmin-aman bir yerə sahiblik İslamın imtiyazlarındandır. 
◘Quranda əncir sözü bir, zeytun sözü altı dəfə işlədilmişdir. Hər iki meyvədə 
müalicəvi təsirlər var. Əncir öz şəkərinə görə bütün yaşlarda olan insanlar üçün 
faydalıdır. İdmançıları, zəifliyə düçar olanlara, qocalara əncir yemək tövsiyə olunur. 
Rəvayətlərə əsasən əncir behişt meyvəsidir. Qədim tibdə əncir və bal məcunu mədə 
yarası üçün, quru əncir düşüncənin güclənməsi üçün faydalı sayılmışdır. 
1
“Təfsiri-nurus-səqəleyn” 


272 
İmam Riza (ə) buyurur: “Əncir ağız qoxusunu aparır, damaqları və sümükləri 
möhkəmlədir, saçı artırır, ağrını aradan qaldırır. O dərman kimi təsirlidir. Zeytun bəlğəmi 
azaldır, çöhrəyə təravət verir, əsəbləri gücləndirir, ağrını və zəifliyi aradan qaldırır, 
qəzəbi soyudur.”
1
◘İsanın rəzil bir mərhələyə endirilməsi ilə bağlı təfsirçilərin iki baxışı var. Bu 
baxışlardan birinə əsasən nəzərdə tutulan qocalıq zəifliyidir.
2
Başqa bir baxışa əsasən 
uyğun ayədə bəzi insanların pak fitrətdən uzaq düşməsi nəzərdə tutulur. Pak fitrətə arxa 
çevirəni Allah ən alçaq mərtəbəyə endirər, əzaba düçar edər. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin