33
Ayə 11:
ٱ َو اَهُلَجَأ َءآَج اَذِإ ااسْفَن ُ لِلّٱ َر ِ خَؤُی نَل َو﴿
ُﷲ
﴾ َنوُلَمْعَت اَمِب ٌریِبَخ
“Allah əcəli çatan kəsin ölümünü heç vaxt təxirə salmaz. Allah gördüyünüz
işlərdən agahdır.”
Nöqtələr
◘
7-ci ayədə münafiqlərlərin dilindən bildirildi ki, Peyğəmbəri (s) tək qoymaq üçün
onun ətrafındakılara yardım göstərilməsin.
Olsun ki, bu ayədə münafiqlərin uyğun planını
alt-üst etmək üçün möminlərə bir-birinə kömək etmək əmri verilir.
◘İnsan ölüm və qiyamətə inansa asanlıqla infaq edər, sədəqə verər.
Quran infaqa
təşviq üçün dəfələrlə məad və qiyamət mövzusunu yada salır.
1
◘İbn Abbas deyir: “Ölüm zamanı o insanlar möhlət istəyir ki, mallarının zəkatını
verməyiblər, Həcc vacib olduğu halda onu yerinə yetirməyiblər.”
2
◘Dünyaya qayıdış istəyi məqbul deyil. Nə ölüm astanasında, nə də qiyamətdə
dünyaya qayıtmaq mümkünsüzdür.
3
İmam Baqir (ə) “və lən yuəxxirəllahu nəfsən” ayəsi ilə bağlı buyurur: “Hər qədr
gecəsi nəvbəti qədr gecəsinədək bütün işlər müəyyənləşdirilir.
Bu təqdirlərin dəyişməsi
və təxiri baş vermir.
4
Dostları ilə paylaş: