Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə276/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   272   273   274   275   276   277   278   279   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Mələklər Allahın izini olmadan bir iş görmürlər. 
2. Qədr gecəsi işlər mələklərin nazil olması və iştirakı ilə müəyyənləşir. 
3. Qədr gecəsində işlərin müəyyənləşməsi Allahın rübubiyyətindəndir. 
Ayə 5: 
﴾ ِرْجَفْلا ِعَلْطَم ى تَح َيِه ٌم َلاَس﴿
 
“(Həmin gecə) Fəcr tülusunadək (sübh ağartısınadək) salamatlıqdır.” 
 
Nöqtələr 
 
◘”Salam” Allahın Quranda bəyan olunmuş adlarındandır.
1
Hazırkı ayədəki “Salam” sözü Allahın qədr gecəsində öz bəndələrinə xüsusi 
lütfündən danışır. Bu salam bədbəxtçilik və əzab qapılarını bağlayır. Çünki həmin gecə 
şeytanın vəsvəsələri təsirsizdir.
2
◘Qədr gecəsi mələklər yerə nazil olar, ibadət halındakı btün kişi və qadınları 
salamlayar.
3
Onlar qiyamət günü də salam söyləməklə behişt əhlini qarşılayar.
4
Bildirişlər 
 
1. Qədr gecəsi insanın düşüncə və ruhu üçün salamatlıq gecəsidir. 
2. Qədr gecəsi rəhmət gecəsidir və həmin gecə tövbə vasitəsi ilə Allahın lütfünə 
çatmaq olar. 
3. Allah işləri bəşəriyyətin səadəti yönümündə müəyyənləşdirir. Amma insan özü də 
bunu arzulamalıdır. 
1
“Həşr”, 23 
2
“Təfsiri-əl mizan” 
3
“Təfsiri-məcməül-bəyan” 
4
“Zumər”, 73 


284 
“BƏYYİNƏ” SURƏSİ 
 
(98-Cİ SURƏ; 8 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“BƏYYİNƏ” SURƏSİNİN SİMASI 
 
Bu surə Mədinədə nazil olmuşdur, 8 ayədən ibarətdir. 
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “Bəyyinə” dedikdə aydın dəlil 
mənası nəzərdə tutulur. 
Surədə kitab əhli ilə mübahisələrdən danışılır. Namaz və zəkat haqqında bəyanatlar 
da surənin əsas mövzularındandır. Bu mövzular Məkkədə açıqlansa da Mədinədə 
rəsmiləşmişdir. 
“Bəyyinə” surəsində Peyğəmbərin (s) risalətinin bütün yer üzünə aid olduğu 
bildirilir. Bu yönümdə aydın dəlillər, bəzilərinin maddi mənafelərə xatir bu həqiqətə arxa 
çevirdiyi bildirilir. 
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlar bu surədə hansı bərəkətlərin olduğunu 
bilsəydilər, ailə-övladlarını, var-dövlətlərini qoyub onu öyrənməyə çalışardılar.” Həzrət 
buyurur ki, yaxın mələklər səmalar və yer yaranan gündən bu surənin tilavətini 
dayandırmamışlar. Həzrət qeyd edir ki, gecələr bu surəni oxuyan insana mələk ayrılar və 
həmin mələk insanın dinini və dünyasını hifz edər. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin