Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə278/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   274   275   276   277   278   279   280   281   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Aydın dəlil göstərənədək xalqın yola gələcəyini gözləməyək. 
2. Xəbərdarlığın başa çatdırılmasında kafirlər müşriklərdən fərqləndirilmir. Allah 
aşkar dəlillər göndərməklə höccəti tamamlayır. 
3. Kitab əhlindən umacaq böyükdür. İlk ayədə kitab əhli və müşriklərdən danışılsa 
da, növbəti ayələrdə yalnız kitab əhli məzəmmət olunur. 
4. Allah peyğəmbər və səmavi kitab vasitəsi ilə höccəti tamamlayır. 
5. Quran istənilən növ nöqsan və xətadan uzaqdır. 
6. Quranda möhkəmlik gətirən göstərişlər var. 
7. Quran həm özü mötədildir, həm cəmiyyətdə mötədillik və möhkəmlik yaradır. 
8. Azğın nəfs istəkləri meydan sulayan yerdə elm və bilik faydasızdır. Kitab əhli 
haqqı anlasa da, nəfs istəkləri səbəbindən yola gəlmirdilər. 
Ayə 5: 
 ُی َو َة َلا صلا اوُمیِقُی َو ءاَفَنُح َنیِ دلا ُهَل َنی ِصِلْخُم َ اللّ اوُدُبْعَیِل لًِإ اوُرِمُأ اَم َو﴿
وُت ْؤ
 َةاَك زلا ا
﴾ِةَمِ یَقْلا ُنیِد َكِلَذ َو
 
“Kitab əhlinə yalnız bu əmr olunub ki, dinlərini xalis etdikləri halda Allaha 
pərəstiş etsinlər, haqqa üz tutsunlar, namazı bərpa etsinlər, zəkat ödəsinlər. Budur 
möhkəm din.” 
 
Nöqtələr 
 
◘”Hunəfa” sözü “ hənif” sözünün cəm formasıdır. Bu söz haqqa meyl mənasını 
bildirir. “Cənif” dedikdə isə batilə meyl nəzərdə tutulur. 
◘Əgər “zalikə dinul-qəyyimə” cümləsini “Rum” surəsinin 30-cu ayəsi ilə yanaşı 
qoysaq aydın olar ki, xalis ibadət, Allahla rabitə, imkansızlara yardım insanın fitri 
tələblərindəndir. 
Bildirişlər 
 
1. Dindən uzaq insanların arzu-istəkləri və üslubları dəyişkəndir. Möhkəm və sabit 
din xalisliklə Allaha sığınmaqdır. 
2. Namaz və zəkatsız iman möhkəm deyil. 
1
“Əla”, 19 


286 
3. Qədim vaxtlardakı inadkarlıqların və təfriqələrin yada salınması Peyğəmbər (s) və 
onun yaxınları üçün təsəlli səbəbidir. 
4. Tövhid və Allaha xalisliklə pərəstiş vəhdət amilidir. 
5. Peyğəmbərlər insanları özlərinə yox, Allaha doğru çağırmışlar. 
6. Xalislik və bəzək-düzəkdən uzaqlıq əbədiyyət rəmzidir. 
7. Tövhid, namaz və zəkat göstərişləri bütün dinlərdə olmuşdur. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin