Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə289/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   285   286   287   288   289   290   291   292   ...   317
NUR-TƏFSİRİ-12

رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
Ayə 1, 2, 3: 
ا ْوَصا َوَت َو ِتاَحِلا صلا اوُلِمَع َو اوُنَمآ َنیِذ لا لًِإ﴿﴾ ٍرْسُخ يِفَل َناَسنِ ْلْا نِإ﴿﴾ ِرْصَعْلا َو﴿
 
﴾ ِرْب صلاِب ا ْوَصا َوَت َو ِ قَحْلاِب
 
“And olsun əsrə; həqiqətən, insan zərərdədir; yalnız iman gətirib saleh işlər 
görən, bir-birlərini haqqa və səbrə çağıranlar istisnadır.” 
 
Nöqtələr 
 
◘İlkin İslam dövründə müsəlmanlar bir-birləri ilə xudahafizləşərkən bu surəni 
oxuyardılar.
1
◘Allah Quranda bütün zaman kəsiklərinə and içir. Fəcr, sübh, gündüz, gecə, nahar, 
səhər, əsrə and Allahın andlarındandır.
2
◘İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə bildirilir ki, əsr dedikdə imam Mehdinin 
(ə. c.) zühur dövrü nəzərdə tutulur.
3
◘Bəziləri əsr sözünün İslamın zühur əsrini işarə olduğunu bildirir. Bəziləri isə bu 
sözün lüğət mənasını əsas götürürlər (“sıxmaq”). Çünki sıxıntı insanı qəflət yuxusundan 
oyadan səbəbdir. Bəziləri də varlıq aləminin cövhərinə, yəni kamil insana bu sözlə işarə 
edildiyini bildirirlər. Əsr sözünün əsr namazına aid olduğunu deyənlər də var.
4
◘Maddi zərəri aradan qaldırmaq çətin deyil. Ən böyük zərər mənəvi zərərdir.
5
1
“Təfsiri-nümunə”; “Təfsiri-Dürrül-Mənsur” 
2
“Fəcr”, 1; “Təkvir”, 18; “Ləyl”, 2; “Ləyl”, 1; “Zuha”, 1; “Muddəssir”, 33
3
“Təfsiri-nurus-səqəleyn” 
4
“Təfsiri-nümunə” 
5
“Zumər”, 15 


299 
◘Başqalarını haqqa çağıran insan çətinliklərlə üzləşə bilər. O səbrli və dözümlü 
olmalıdır. 
◘Fəxr Razi deyir: “İnsan bu dünyada buz satana bənzəyir. Onun sərmayəsi hər an 
əlindən çıxa bilər. O əlində olanı satmağa çalışmalıdır. Yoxsa peşiman olasıdır.”
1
◘Haqq və səbrə çağırış saleh əməl sayılsa da, bu iş ayrıca qeyd edilir. Əslində səbr 
və sabitqədəmlik haqq nümunəsidir. Amma səbrin əhəmiyyətinə xatir bu mövzu ayrıca 
qeyd edilir. 
◘Quran digər bir ayədə Allahın fəzl və rəhmətini insanın zərərdən qorunması üçün 
növbəti amil sayır.
2
İnsan Allahın lütfü olmadan nə iman, nə də saleh əməl sahibi ola 
bilər. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin