304
Bildirişlər
1. Günahkarlara xəbərdarlıq üçün müşahidə ediləsi nümunələr göstərin. (Fil əshabı o
qədər
məşhur idi ki, bu mövzuda dəlil göstərməyə ehtiyac yox idi.)
2. Tarixi unutmayın.
3. Kəbə İslamdan öncə də müqəddəs olmuşdur. Müqəddəsliklərin təhqiri
müqabilində cəza nəzərdə tutulur.
4. Allahın günahkarlara qəzəbi Onun rübubiyyət cilvələrindəndir.
5. Quşlar Allahın məmurlarıdır, onların şüuru var.
6. Düşmənin planlarından
xəbər tutmaq, bu planları pozmaq zəruridir.
7. Düşmən öz hücumunda ən üstün hərbi vasitələrdən istifadə edir.
Amma Allah
kiçik quşlarla onları məğlubiyyətə uğradır.
8. Allahın düşmənləri nə qədər silahlansalar da acizdirlər.
9. Müqəddəsliklərin təhqiri müqabilində ən ağır cəzalar nəzərdə tutulur. (Öncəki
azğın qövmlərin heç biri saman kimi ovulmamışdı.)
10. Möcüzənin həyata keçməsi üçün peyğəmbər və imamın olması zəruri deyil.
Allah peyğəmbər və imamsız da möcüzə göstərir.