308
◘Rəvayətlərdə “sahun” sözünün namazda süstlük, namazın tərki mənasını bildirdiyi
qeyd olunur.
1
◘İlahi şüarların hifzi xatirinə cəmiyyət namazında iştirak etmək riya sayılmır.
◘Hədisdə bildirilir ki, qonşuya hər hansı vasitəni verməkdən çəkinən şəxs qiyamətdə
onun lütfündən məhrum olar.
2
Digər bir hədisdə nəql olunur ki, həzrət Peyğəmbərdən (s)
aldığı əşyaları sındıran şəxs barədə soruşuldu. Sual olundu ki, belələrinə hər hansı əşyanı
verməmək günahdırmı? Həzrət buyurdu: “Bu halda verməmək olar.”
3
◘Hədisdə bildirilir: namaz vaxtına diqqətsizlik göstərən, namazı ilkin vaxtında
qılmayan şəxsə vay olsun.
4
◘İmam Sadiq (ə) buyurur: “Maun” dedikdə qərzül-həsənə (təmənnasız gözəl borc),
başqalarına münasibətdə istənilən xeyir iş, ev vasitələrini istifadə üçün qonşuya vermək,
o cümlədən zəkat nəzərdə tutulur.
5
◘İnsanın qəlbi o qədər daşlaşa bilər ki, miskinə, aca nə özü kömək edər, nə də
başqalarını bu işə həvəsləndirər.
Dostları ilə paylaş: