Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə3/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   2   3   4   5   6   7   8   9   ...   317
NUR-TƏFSİRİ-12

Həmkarlar 
Qurani-kərimin ilk dörd cüzünün təfsirinin hazırlanmasında höccətül-islam Dehşiri və 
höccətül-islam Cəfəri həftənin yarı hissəsini Tehrana gəlib, mənə kömək etdilər. 
Beşinci cüzdən on altıncı cüzədək isə höccətül-islam Seyyid Cavad Behişti və 
höccətül-islam Şeyx Mahmud Mütəvəssil bu müqəddəs işdə həmkarlıq etmişlər. 
İmtiyazlar 
1. Bu təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami, fəlsəfi 
terminlərdən pəhriz edilmişdir. 
2. Rəy əsasında təfsirdən pəhriz olunmuş, yalnız Quran ayələri və Peyğəmbər (s) Əhli-
beytindən (ə) olan rəvayətlərə istinad edilmişdir. 
3. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən istifadə edilmiş, bəzi 
nöqtələr isə müəllif və əziz həmkarlar tərəfindən açıqlanmışdır. 
Allahdan istəyirik ki, hər birimizə ixlas, düşüncə, əməl, təbliğ və Quran maarifinin 
yayılması və bu müqəddəs işi başa çatdırmaq tövfiqi mərhəmət buyurub, Quranı bizim 
üçün dünya, bərzəx və qiyamət nuru qərar versin. 
Xalqdan istəyim budur ki, Quran təlimində yalnız tilavət, təcvid, tərtil və təvaşihlə 
kifayətlənməyib, Quranda düşünməyi və ona əməl etməyi əsas götürsünlər. 



Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Quran ali bir məqsəd kimi 
qarşıya qoyulsun və bütün məntəqələrdəki elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında, 
məscidlərdə və mədrəsələrdə Quran təfsiri dərsləri təşkil edilsin. 
İslam, Quran və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək 
təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan 
mərhəmət diləyirəm. 
Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə 
yardım edənlərə və işin təkmili üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür 
edirəm. 
Möhsün Qəraəti 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin