Nur təFSİRİ


Allah əməllərinizi görəndir.”



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə30/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   26   27   28   29   30   31   32   33   ...   317
NUR-TƏFSİRİ-12

Allah əməllərinizi görəndir.” 
 
Nöqtələr 
 
◘Əgər insan asfalt üstə bir yığın topaq görsə, soruşar ki, bu torpağı kim töküb? Əgər 
həmin torpağın üstə hansısa şəkil çəkilərsə, dərhal sual yaranır ki, bu şəkili kim çəkib? 
Əgər torpaqdan hansısa fiqur düzəldilərsə, təbii ki, heykəltəraşın kimliyi maraq doğurar. 
Allah-taala insanı yaratdı və bu yaranışdakı sənətkarlıq, zəriflik, məharətə görə 
özünə əhsən dedi. Qurani-kərimdə insanın gözəl biçimdə yaradıldığı qeyd edilir.
1
Bəli, 
hər bir yaranmış yaradandan danışır. Yaranmışın gözəlliyi yaradanın elm və hikmətini 
göstərir, Onun qüdrətini təsdiqləyir. 
◘Ötən ayədə bütün mövcudların təsbihi qeyd edildi. Bu ayədə bəzi insanların küfr və 
nankorluğu yada salınır. Bu yolla bəyan edilir ki, Allah kafirlərin ibadətinə möhtac deyil 
və onların küfrü Allaha zərər yetirməz. 
◘Ötən ayədə bütün mövcudların təsbihinə işarə olundu. Aydın oldu ki, yaranmışların 
şüuru var. Bu ayədə isə insanın başqa mövcudlardan üstünlüyü nəzərə çatdırılır. Çünki 
insan iradə və ixtiyar sahibidir. İnsan məhz ixtiyar sahibi olduğundan həm mövcudata 
qatılıb təsbih deyə bilər, həm də yolunu aza bilər. Olsun ki, burada insan daha çox diqqət 
mərkəzində olmasına baxmayaraq nankorluq etdiyinə görə məzəmmət edilir. 
Bildirişlər 
 
1. İnsanın yaranışı Allahın qüdrət cilvəsidir. 
2. İnsan seçim aparmaq ixtiyarı olan azad mövcuddur. 
3. İnsanın əməli onun əqidəsini göstərir. (Allah-taala əməllərdən agah olduğunu öncə 
qeyd edir) 
Ayə 3: 
﴾ُری ِصَمْلٱ ِهْیَلِإ َو ْمُكَر َوُص َنَسْحَأََف ْمُكَر وَص َو ِ قَحْلاِب َض ْرَ ْلْٱ َو ِتا َواَم سلٱ َقَلَخ﴿
 
“Göylər və yer haqq olaraq yaradıldı. Sizə (bətnlərdə) surət verdi, çöhrənizi 
gözəl yaratdı. Qayıdış ona doğrudur.” 
 
Nöqtələr 
1
“Tinn”, 4 


36 
 
◘Gözəl çöhrə dedikdə insanın zahiri gözəlliyi yox, ona haqqa doğru hərəkətdə edilən 
yardımlar nəzərdə tutulur. 
◘İnsanın hər bir bədən üzvü ən münasib yerdə yaradılmışdır. Onların tərkib və 
düzümü onun cismini, xüsusi ilə çöhrəsini gözəlləşdirir. Kipriklərin, göz qapaqlarının, 
qaşların qoruyucu funksiyası var. Bu üzvlər eyni zamanda insana gözəllik verir. Dil, 
dişlərin keşikçisi olan dodaqlar yalnız yeyəndə və danışanda zəruri həddə hərəkət edir, 
qalan vaxtda bağlanır. Südəmər körpənin dodaqları qidalanmada xüsusi funksiya daşıyır. 
Məhəbbət hissi dodaqlar vasitəsi ilə öpüşlə izhar olunur. 
◘Allah ən üstün varlığı dəyərsiz sudan yaratdı.
1
İnsan qaranlıq bir məkanda xəlq 
edildi.”
2
Ona ən gözəl surət, ən gözəl forma verildi. 
◘Allahın yaratdıqlarının insanın yaratdıqlarından fərqi: 
1. İnsanın yaratdıqları məhdud, Allahın yaratdıqları qeyri məhduddur.
3
2. İnsanın işi bəzən məqsədsiz olur, Allah isə yalnız məqsədlə yaradır.
4
3. İnsan öz işində ya ifrata varır, ya təfritə. Amma Allah ölçülü xəlq edir.
5
4. İnsan nələrisə yaratmağa acizdir. Amma Allah-taalanın yaranış qüdrəti acizdir.
6
5. İnsan adətən ayaratdığına nəzarət edə bilmir. Amma Allah heç vaxt öz 
yaratdıqlarından xəbərsiz olmur.
7
6. İnsan bəzən öz işində yorulur, süstləşir. Amma Allah dayanmadan yaranış 
prosesini davam etdirir.
8
7. Allah cütlər (zövclər) vasitəsi ilə yaranışın davamını təmin edir.
9
8. Allah bütün yaratdıqlarını təkamül yoluna yönəldir.
10
9. Bütün yaranmışlar sonda Allaha doğru dönür.
11
◘Allahın bütün işləri üstündür: O hər şeyi ən üstün şəkildə yaradır
12
, kitabı ən üstün 
kitabdır
13
, hekayətləri ən üstün hekayətdir
14
, adları ən üstün addır
15
, mükafatları ən üstün 
mükafatdır
16
, vədləri ən üstün vəddir
17
, hökmü ən üstün hökmdür
18

Allah-taala bizə işlərin ən üstününü seçməyi tapşırır. Məsələn, ən gözəl şəkildə 
danışmaq
19
, ən üstün işləri görmək
20
, ən gözəl şəkildə rəftar edək
21
, ən üstün üslubda 
1
“Mursəlat”, 20 
2
“Ali-İmran”, 6 
3
“Ənam”, 101 
4
“Casiyə”, 22; “Ənkəbut”, 44; “Rum”, 8 
5
“Qəmər”, 49 
6
“Əhqaf”, 33 
7
“Muminun”, 17 
8
“Qaf”, 38 
9
“Zariyat”, 49 
10
“Taha”, 50 
11
“Təğabun”, 3 
12
“Muminun”, 14 
13
“Zumər”, 23 
14
“Yusuf”, 3 
15
“Əraf”, 180 
16
“Kəhf”, 88 
17
“Hədid”, 10 
18
“Maidə”, 50 
19
“İsra”, 53 
20
“Kəhf”, 7 
21
“Fussilət”, 34 


37 
mübahisə edib danışaq
1
, ən üstün şəkildə təşəkkür edək
2
, eşitdiklərimizdən ən üstününü 
seçib əməl edək
3
, yetimin malına münasibətdə ən üstün şəkildə davranaq
4
, ən üstün 
səmimiyyət və Allaha yaxınlıq məqsədi ilə əməllərimizə ilahi rəng verək
5


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin