311
həzrət Adəmdən sonra bəşəriyyətin atası sayılan şəxsdən danışılır. Digər üç surənin
başlanğıcında Quranın nazil olması,
aşkar qələbə, kövsər kimi nemətlər yada salınır.
Olsun ki, bu dörd surə arasında müəyyən rabitələr var. İlk peyğəmbərin risaləti, son
kitabın nazil olması, İslam məktəbinin qələbəsi və peyğəmbərlik xəttinin davamı əlaqəli
mövzulardır.
◘”Kəvsər” sözü “kəsrət” sözündəndir. “Kəvsər” dedikdə bol xeyir mənası nəzərdə
tutulur. Əlbəttə ki, bu məna vəhy, risalət, Quran, şəfaət, geniş elm, gözəl əxlaq üçün bir
nümunə ola bilər. Amma surənin son ayəsindən aydın olur ki, kövsər dedikdə həzrət
Peyğəmbərin (s) mübarək nəsli nəzərdə tutulmuşdur. Çünki kinli düşmən Peyğəmbərə (s)
hörmətsizlik göstərərək onu sonsuz adlandırmışdı. Allah bu məqamda Öz Peyğəmbərinin
(s) müdafiəsinə qalxır və düşmənin özünü sonsuz adlandırır.
Əgər kövsər dedikdə nəsil
nəzərdə tutulmasaydı surənin 1-ci və 3-cü ayələrini məntiqi şəkildə əlaqələndirə
bilməzdik.
◘“Əbtər” sözü əslində quyruğu kəsik heyvan mənasını bildirir. Amma danışıqda
sonsuz insanlar belə adlandırılır. Peyğəmbərin (s) oğlan övladları uşaq yaşında dünyasını
dəyişmişdi. Düşmənlər deyirdilər ki, əgər onun oğul övladı yoxdursa sonsuzdur.
Ümumiyyətlə, cahiliyyət dövründə qız övlad atanın adını yaşatmağa layiq sayılmırdı. Son
ayədən aydın olur ki, kövsər sözü həzrət Peyğəmbərin xanım Fatimə vasitəsi ilə davam
edən bərəkətli nəslinə aiddir.
◘Bu nəsil xanım Xədicə vasitəsi ilə Peyğəmbərə (s) nəsib oldu. Bəli, Xədicə böyük
var-dövlətini verib kövsər qazandı. Biz də çox şeylərdən keçməsək kövsərə çatmarıq.
◘Fəxr Razi öz təfsirində deyir: “Xanım Fatimənin (s. ə.)
nəslindən bərəkətli nəsil
varmı?! Baqir (ə), Sadiq (ə), Riza (ə) bu nəsildəndir. Onların çoxu Bəni-Üməyyə və Bəni-
Abbas dövründə şəhadətə çatdı. Amma bu gün də onların övladları əksər İslam
məmləkətlərində yaşayır.
◘“Kəvsər” surəsi elə bir dövrdə nazil oldu ki, atalar qız övladını bədbəxtlik sayır,
onu diri-diri torpağa bastırmaq barədə düşünürdülər. Məhz belə bir dövrdə Quran qız
övlada “kəvsər” adı verməklə cahil mədəniyyəti ilahi mədəniyyətlə əvəz edir.
◘Rəvayətlərə əsasən, behişt arxlarından və çeşmələrindən biri kövsər adlanır.
Möminlər bu çeşmədən sirab olar. Mütəvatir (mötəbər) “səqəleyn” rəvayətində
Peyğəmbər (s) buyurur: “Kitab və itrət (pak nəsil) bir-birindən ayrılmaz. Nəhayət, onlar
qiyamətdə hövuz kənarında mənə qovuşar.”
◘İlahi kövsər üçün cinsiyyət yoxdur. Fatimə (s. ə.) qız idi.
Amma kövsər
adlandırıldı. Bu adı almaq üçün çoxluğa ehtiyac yoxdur. Xanım Fatimə (s. ə.) bir nəfər
idi. Bəli, Allah azı kövsər qərar verib, çoxu məhv edə bilər.
◘Allah Öz övliyalarının müdafiəsinə qalxır. Peyğəmbəri (s) sonsuz adlandıranlara
sözdə və əməldə cavab verilir. Fatimənin (s. ə.) varlığı əməli cavabdırsa, “huvəl əbtər”
cümləsi sözdə cavabdır. Allah nəinki övliyalarını, hətta bütün möminləri müdafiə edir.
1
◘Hədiyyə verən Allah hədiyyəni alan Peyğəmbər (s), hədiyyə isə Fatimədir (s.ə.).
◘Din və müqəddəsliklərə hücum gücləndikcə müdafiə də güclənməlidir. Peyğəmbəri
(s) çox təhqir etdilər. Onu sehrbaz, kahin, şair, divanə adlandırdılar. Bütün bu itdihamlara
Quranda müəyyən şəkildə cavab verilir. Peyğəmbəri (s) cinvurmuş adlandırdılar. Allah
ilahi lütflə onun məcnun olmadığını buyurdu.
2
Peyğəmbəri (s) yalanda itdiham etdilər.
1
“Həcc”, 38
2
“Hicr”, 6; “Qələm”, 2
312
Allah onun aşkar peyğəmbər olduğunu vurğuladı.
1
Peyğəmbəri (s) şair adlandırdılar
Allah ona şer öyrədilmədiyini buyurdu.
2
Dedilər ki, peyğəmbər çörək yeyib bazara
getməz. Allah ondan əvvəlki peyğəmbərlərin
də çörək yeyib, bazara getdiyini söylədi.
3
Həzrəti sonsuz adlandırdılar, Allah onların özünü sonsuz buyurdu.
Bəli, yaranmışların şərəflisini sonsuz sayanların cavabı Peyğəmbərə (s) kövsər əta
edilməsidir. Bu kövsər hamını heyrətə gətirir, düşüncələri dondurur.
◘Allah-taala ayədə kövsər nümunəsini qeyd etmir. Olsun ki, bu mübhəmlik kövsərin
misilsiz bərəkətinə işarədir. Bu məsələ Peyğəmbərin (s) özünə də müəyyən həddə
qaranlıq idi.
◘Surədə iki qeybi xəbər var. Bunlardan biri Peyğəmbərə (s)
kövsər əta edilməsi,
digəri düşmənlərin sonsuzluğudur.
◘Tarix Peyğəmbərə (s) verilən hədiyyənin kövsər olmasına canlı şahiddir. Bəşər
tarixində heç bir nəsil xanım Fatimənin (s. ə.) nəsli kimi inkişaf etməmişdir. Əgər anası
seyid olanları da seyid saysaq, seyidlərin sayı dünyada qeyri-adi bir həddə çatar.
Əgər anası seyid olanları da seyid saysaq, seyidlərin sayı
dünyada qeyri-adi bir
həddə çatar.
◘Peyğəmbərə (s) kövsər əta olunması o zaman məna kəsb edir ki, əta edən kəs elm
və hikmət, qüdrət və rəhmət qaynağı olsun. Bəli, kövsər əta edilməsi ilahi sifət və
kamilliklərin nişanəsidir.
◘Üç cümlədən ibarət olan bu surədə Peyğəmbərə (s) beş dəfə xitab olunur. Quranda
Peyğəmbərə (s) 240 dəfədən çox xitab edilmişdir. Allah bütün bəşəriyyətin, aləmlərin
Rəbbi olsa da Peyğəmbərə (s) müraciət edərkən “Sənin Rəbbin” təbirini işlədir. Bu onun
Öz Peyğəmbərinə (s) xüsusi lütfünü göstərir.
Bu ilahi lütf Quran boyu müşahidə olunur. Peyğəmbərə (s) “sənin gözlərin”, “sənin
çöhrən”, “sənin dilin”, “sənin boynun”, “sənin əllərin”, “sənin köksün”, “sənin qəddin”
deyə müraciət olunur.
4
◘Allah bəzən Peyğəmbərə (s) onun istəyi əsasında lütf edir.
5
Amma kövsər Allahın
Peyğəmbərə (s) heç bir istəksiz əta etdiyi nemətdir.
Dostları ilə paylaş: