Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə308/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   304   305   306   307   308   309   310   311   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 1, 2, 3, 4, 5: 
 َو ٍبَهَل يِبَأ اَدَی ْت بَت﴿
َتاَذ ا اراَن ىَلْصَیَس﴿﴾ َبَسَك اَم َو ُهُلاَم ُهْنَع ىَنْغَأ اَم﴿﴾ بَت
﴾ٍدَس م نِ م ٌلْبَح اَهِدی ِج يِف﴿﴾ِبَطَحْلا َةَلا مَح ُهُتَأَرْما َو﴿﴾ٍبَهَل
 
“Kəsilsin Əbu Ləhəbin əlləri, məhv olsun; nə var-dövləti, nə də əldə etdikləri 
onun halına fayda vermədi; tezliklə şölələnən oda girər; (atəş üçün) odun daşıyan 
arvadı da; boynundan xurma lifindən ip olar.” 
 
Nöqtələr 
 
◘Surə “Təbbət” və “Məsəd” adları ilə tanınır. İmam Sadiq (ə) buyurur: “Bu surəni 
oxudunuz vaxt Əbu Ləhəbə lənət oxuyun.”
1
◘“Şuəra” surəsinin 214-cü ayəsi nazil olduğu vaxt həzrət Peyğəmbər (s) yaxınlarını 
və qohumlarını dəvət edib onlara ilahi vəhyi çatdırdı. Peyğəmbərin (s) əmisi Əbu Ləhəb 
dedi: “Səni həlak olasan!” Bu surə nazil oldu və dediyi sözlər ona qaytarıldı.” 
◘Bu lənət gerçəkləşdiyi vaxt Əbu Ləhəb və arvadı kafir halda dünyadan getdilər. 
Məlum olur ki, surədə Əbu Ləhəblə bağlı öncə görmə mövcuddur. 
◘“Təbbət” sözü “təbb” kökündəndir, ziyan, həlak olmaq mənasını bildirir. “Yəd” 
dedikdə ayədə fizi əl yox, qüdrət əli nəzərdə tutulmuşdur. Bu səbəbdən ayə belə 
mənalandırılır ki, Əbu Ləhəbin təlaşları puça çıxdı, o zərərə düşdü.
2
◘Tarixi mənbələrdə bildirilir ki, həzrət Peyğəmbər (s) insanları “la ilahə illəllah” 
şuarına doğru dəvət edirdi. Əbu Ləhəb arxadan onu təkzib edib daş atdı. Məkkə 
ziyarətçiləri bəzən Əbu-Ləhəbin yanına gəlir və ondan Peyğəmbər (s) haqqında 
soruşurdular. O deyirdi: “Məhəmməd divanədir, biz onun müalicəsi ilə məşğuluq.”
3
1
“Təfsiri-kənzul-dəqaiq” 
2
“Təfsiri-əl mizan” 
3
“Təfsiri-nümunə” 


321 
Əbu Ləhəb heç vaxt Peyğəmbərə (s) qarşı müxalifətdən və Peyğəmbərin (s) 
müxalifləri ilə həmkarlıqdan əl çəkmədi. Onun arvadı Peyğəmbəri (s) təhqir edirdi. Olsun 
ki, bu səbəbdən Quranda hər ikisi haqqında danışılır. 
◘Surənin ahəngi o qədər təsirli idi ki, hamı onu əzbərləyirdi. Bu iş Əbu Ləhəbi 
sarsıtdı və xanənişin oldu. 
◘Ailə bağlılıqları insanın imanını sarsıtmamalıdır. 
◘Əbu Ləhəb və onun arvadı çürüyüb torpağa qarışsa da bu ayələr hələ də oxunur. 
Onların lənətlənməsi başqaları üçün də ibrətdir. İnsan ölsə də lənətlər onun əzabını artırır. 
◘Əbu Ləhəbin Həmzə, Əbu Talib kimi yaxşı qardaşları, Əbdül Mütəllib kimi yaxşı 
bir atası vardı. Əlbəttə ki, hər kəsin öz hesabı var. 
◘Qədimdə çırpı topladıqda onu iplə bağlayırdılar. Onu çiyinlərinə atırdılar. Əbu 
Ləhəbin arvadı həmin çır-çırpını Peyğəmbərin (s) yoluna tökürdü ki, ona əziyyət versin. 
Bu səbəbdən Quranda buyurulur ki, o özü qiyamətdə cəhənnəm çırpısı olar və həmin 
iplər boynuna sarılar.
1
◘Əbu Ləhəbin Ləhəb adlı oğlu yox idi. Olsun ki, çöhrəsinin qırmızılığına görə Əbu 
Ləhəb adlandırılmışdır. 
◘Əbu Ləhəbin arvadı Ümmü Cəhlin şerləri vardı. Bu qadın Əbu Süfyanın bacısı, 
Müaviyənin bibisi idi. O qədimdən Peyğəmbərə (s) qarşı kin saxlayırdı. Peyğəmbərin 
yoluna tikan səpir, təhqiramiz şerlər yazırdı. 
◘Qiyamət günü var-dövlət insanın karına gəlmir. İnsana var-dövlətdən
hakimiyyətdən, yaxınlarından, övladlarından heç bir fayda yoxdur.
2
◘Quranda dörd növ ər və arvad haqqında danışılır: Xeyir işdə həm fikir olan ərlə 
arvad (həzrət Əli (ə) və xanım Fatimə (s. ə.)), pis işdə həmkar olan ərlə arvad; doğru 
yolda olan ər və batil yolda olan arvad (Nuh və onun arvadı), doğru yolda olan arvad və 
batil yolda olan kişi (Firon və onun arvadı). 
◘Əbu Ləhəbin arvadının qiymətli bir boyunbağısı vardı. And içmişdi ki, onu 
Peyğəmbərə (s) müxalifət yolunda sərf edəcək. 
◘Həzrət Əli (ə) bir məktubda Müaviyəyə yazır: “Ən üstün qadınlar bizdəndir, odun 
daşıyan qadınlar sizdən.”
3
◘Salman Farsi Peyğəmbər (s) Əhli-beytindən (ə) sayılır, Peyğəmbərin (s) əmisi Əbu 
Ləhəb lənətlənir. 
◘Əbu Ləhəbin arvadı Peyğəmbərin (s) yoluna tikan səpdiyindən ayədə onun 
cəhənnəmə çiynində çırpı daxil olmasına işarə edilə bilər. 
◘Əl-qol təlaş üçündür. Amma insan doğru yolda təlaş göstərməlidir. Əbu Ləhəb 
İslama müxaliflik edir, haqq yola qarşı çıxırdı. Onun əl-qolunun təlaşları hədərə getdi. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin