323
“İXLAS” SURƏSİ
(112-Cİ SURƏ; 4 AYƏ)
OTUZUNCU CÜZ
“İXLAS” SURƏSİNİN SİMASI
Kitab əhli və müşriklərdən bir qismi Peyğəmbərdən (s) istədilər ki, Allahı
onlara
tanıtdırsın. “İxlas” (“Tövhid”) surəsi Allahın təqdimatıdır. Həmin vaxt bu surə nazil oldu.
Bildirildi ki, Allah oxşarsızdır, Onun şəriki yoxdur, O pak-pakizədir.
Surə tövhid əqidəsini ən xalis şəkildə bəyan etdiyindən “Tövhid”
surəsi kimi də
tanınır.
Surənin fəziləti ilə bağlı bir çox rəvayətlər nəql olunmuşdur:
1
-Hər gün ən azı bir dəfə bu surəni namazlarınızda oxuyun, sonra deyin:
“Kəzalikəllahu Rəbbi” yəni “Mənim Rəbbim belədir”.
-Bu surə əhəmiyyət baxımından Quranın üçdə birinə bərabərdir. Onu bir dəfə
oxumaq Quranın üçdə birini oxumaq kimidir. Bu surəni
üç dəfə oxuyan sanki bütün
Quranı oxumuşdur.
-Həzrət Peyğəmbər (s) buyurur: “Tövhid” surəsi Əli ibn Əbu Talib (ə) kimidir. Hər
kəs onu qəlbən sevsə imanın üçdə birini əldə etmişdir. Hər kəs onu qəlbən və dildə sevsə,
imanın üçdə ikisini əldə etmişdir. Hər kəs onu qəlbdə, dildə və əməldə sevsə kamil imana
sahib olmuşdur.”
-Bu surə namazın təqibatı kimi də tanınır.
Rəvayətlərdə bildirilir ki, hər kəs
namazdan sonra bu surənin tilavətini tərk etməsə Allah
onu dünya və axirət xeyrinə
çatdırar, onu, valideynlərini, övladlarını bağışlayar.
-İmam Səcad buyurur: “Allah bilirdi ki, axır dövrlərdə
dəqiq və dərin düşünənlər
gələcək. Bu səbəbdən də “Tövhid” surəsini və “Hədid surəsinin ilk 6 ayəsini nazil etdi.”
Bu surəni 6 tərəfə oxumaq insanı təhlükələrdən qoruyur.
2
Dostları ilə paylaş: