324
Əli (ə) buyurur: “Allah sözünün mənası budur ki, o yaranmışları heyrətə salan məbuddur.
Çünki gözlərdən gizlidir, düşüncələrdən pərdələnmişdir.”
1
◘“Vahid” və “Əhəd” sözləri arasında fərq var. “Vahid”
sözü o zaman işlədilir ki,
onun ardınca iki və üç də olsun. “Əhəd” sözü isə yeganə mənasını bildirir. Əgər deyilsə
ki, insanın qarşısına bir nəfər çıxa bilməz, bu o deməkdir ki, iki nəfər çıxa bilər. Amma
əgər deyilsə ki, bir nəfərin qarşısına kimsə çıxa bilməz, bu o deməkdir ki, onun qarşısına
çıxacaq qüvvə yoxdur. “Əhəd” sözü “bir” yox, “yeganə” mənasını bildirir.
◘Tövhid imanla küfr arasında sərhəddir. Tövhidi qəbul etmədən iman qalasına daxil
olmaq mümkün deyil. Peyğəmbərin (s) ilk sözü “La ilahə illəllah”, tövhid kəlmələri
olmuşdur. Tövhid kəlmələri cəmi üç hərifdən təşkil olunmuşdur. (Əlif, lam, ha) Bu
kəlmələi zikr edərkən hətta dodaq tərpənmir. Amma tövhidə əməl məsum rəhbərlərə
itaətdən başlayıb onların canişinlərinə itaətədək davam edir. Çünki
məsum imama inam
və itaət tövhid şərtidir.
İmam Riza (ə) Məmunun məcburiyyəti ilə Mədinədən Mərvə hicrət etdi. Nişapura
çatdığı vaxt insanlar onun ətrafına toplaşdılar, ondan hədiyyə və göstəriş istədilər. İmam
buyurdu: “Atam atasından, o da babasından, o da Peyğəmbərdən (s) belə nəql edir ki,
Allah buyurur: “Tövhid mənim qalamdır,
hər kəs bu qalaya daxil olsa, mənim qəhr-
qəzəbimdən amandadır.” İmam sonra buyurur: “Əlbəttə ki, tövhidin şərtləri var. Mən
onun şərtiyəm. Yəni vilayətsiz tövhid qəbul deyil.” İmam Mehdinin (ə. c.) qeybi
dövründə də onun öz göstərişi ilə ədalətli fəqihlərə itaət olunmalıdır. Demək,
kamil
tövhid Allahın birliyinə inam, istənilən bir şirk düşüncə və əməldən uzaqlıq, məsum
rəhbərə itaət, qeyb dövründə ədalətli fəqihlərə tabeçilikdir.
◘Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) məktubunda yazır: “Əgər
Rəbbinin şəriki
olsaydı, o da peyğəmbərlər göndərərdi. Beləcə insanlar onu tanıyar, bəndəlik edərdilər.”
2
◘Allahın birliyinin dəlili onun yaratdıqları arasındakı həmahənglikdir. İmam Sadiq
(ə) varlıq aləmindəki həmahəngliyi Allahın yeganəlik nişanəsi sayır.
3
Günəş, ay, yer, su,
külək, torpaq, başqa yaranmışlar arasında mövcud olan nizam yaradanın yeganəliyindən
danışır. İnsan oksigen alıb karbon xaric edir. Amma bitkilər tərsinə, karbon alıb oksigen
xaric edirlər. Körpənin ehtiyacları valideyn məhəbbəti ilə ödənir. Piydən yaradılmış göz
şor su ilə qorunur. Mədəyə yol olan ağız həzm üçün şirin su istehsal edir, rütubət yaradır.
◘Cəməl savaşında bir bədəvi ərəb həzrət Əlidən (ə) tövhid haqqında soruşdu.
Döyüşçülər onun bu sualından narahat oldular. Həzrət buyurdu: “Bizim savaşımız tövhid
üçündür.” Sonra tövhidin həqiqi mənasını bəyan etdi.
4
◘Allah təkcə zatı baxımından yox, həm də sifətləri baxımından yeganədir.
O biz
insanlar kimi deyil ki, sifətləri zatından ayrı olsun. Bizim bu gün elm və gücümüz var.
Amma uşaq vaxtı bu sifətlərə malik deyildik. Qocaldığımız vaxt isə həmin sifətləri əldən
veririk. Allahın elm və qüdrəti var və O bu sifətləri sonradan qazanmayıb. Elm və qüdrət
Allahın zatındadır. Məxluqluq, acizlik, yoxsulluq heç vaxt bizdən ayrı olmayıb və
olmayacaq!
Dostları ilə paylaş: