326
onun bir hissəsidir. Amma Allahın növündən heç nə yoxdur və ya Onun hissəsi mövcud
deyil.
◘Bir çox müşriklər və kitab əhli Allahın övladı olduğunu düşünürdülər. Bu səbəbdən
də öncə övladın olmaması, sonra kimsənin övladının olmaması məsələsi vurğulanır.
1
◘Mövcudlar nəinki Ondan doğulmayıb, hətta Ondan xaric olmayıb. Meyvə güldən,
su buluddan, od ağacdan, söz ağızdan, yazı
qələmdən, dad qidadan, düşüncə ağıldan,
istilik oddan, soyuq buzdan, düşüncə zehndən, qəm və sevinc qəlbdən xaric olduğu halda
yaranmışlar Allahdan xaric olmamışdır.
◘Bu ayə həm məsihilərin İsanın Allahın övladı olması ilə bağlı
əqidəsini, həm də
yəhudilərin Üzeyrin Allahın övladı olması ilə bağlı əqidələrini rədd edir. Hazırkı ayə
müşriklərin mələkləri Allahın qızları saymasına da cavabdır.
Bildirişlər
1. Allahın səməd olması, ehtiyacsızlığı Onun
övlad və valideynə ehtiyac
duymadığına dəlildir.
2. Allahın illətsizdir, nədənsə vücuda gəlməyib.
3. Övlad illətdən yaranmışdır. Onun Allah olması mümkün deyil.
Ayə 4:
﴾ٌدَحَأ ا اوُفُك ُه ل نُكَی ْمَل َو﴿
“Onun heç bir oxşarı yoxdur.”
Nöqtələr
◘“Kufv” sözü oxşar mənasını bildirir.
2
İzdivac bəhsində tövsiyə olunur ki, özünüzə
“kufv” olan yoldaş seçin. Yəni
seçdiyiniz yoldaş dində, əxlaqda sizə münasib olsun.
◘Allah səməddir yəni O başqalarından ehtiyacsızdır. Belə bir varlığın oxşarı ola
bilməz. Çünki Onun oxşarı da ehtiyacsız olmalıdır.
◘Ötən ayə Allahın övlad olmasını, övlada malik olmasını rədd etdi. Bu ayədə isə
Onun heç bir zövcəyə malik olmadığı bildirilir.
Başqa bir ayədə buyurulur ki, Allah nə
zövcə götürmüşdür, nə də övlad!
3
Dostları ilə paylaş: