Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə35/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   31   32   33   34   35   36   37   38   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Kafirlərin heç bir dəlili olmasa da öz, təxəyyülləri əsasında danışır və gurultulu 
şüua deyirlər. 
2. Təlim-tərbiyə prosesində qarşı tərəfin sözlərinə planlı şəkildə cavab verilməlidir. 
3. Etiqadi məsələlərdə şəkk-şübhəni aradan qaldırmaq üçün Allahın adına and içmək 
olar. 
4. Şübhələri təkidlə cavablandırın. 
5. Mükafat və cəza qiyamətin dəlilləridir. 
6. Kafirlərin inkar və təkəbbürlərinin kökü onların ölümdən sonrakı həyatı 
mümkünsüz saymasıdır. Bu səbəbdən də Quran buyurur ki, sizə çətin görünən işlər Allah 
üçün asandır. 
Ayə 8: 
ٱ َو اَنْلَزنَأ يِذ لٱ ِروُّنلٱ َو ِهِلوُسَر َو ِ لِلّاِب ْاوُنِمآَف﴿
ُﷲ
 
﴾ٌریِبَخ َنوُلَمْعَت اَمِب
 
“Allaha, Onun rəsuluna, nazil etdiyimiz nura (səmavi kitaba) iman gətirin və 
(bilin ki) Allah gördüyünüz işlərdən agahdır.” 
 
Nöqtələr 
 
◘Hazırkı ayədə nur dedikdə Qurani-kərim nəzərdə tutulur. “İbrahim” surəsinin 
başlanğıcında buyurulur ki, insanları zülmətlərdən çıxarıb, nura aparasan deyə sənə kitab 
göndərdik. 
◘Ötən ayələrdə küfrdən, Allah və Onun rəsuluna, eləcə də məada etiqadsızlıqdan 
danışıldı. Bu qəbil münasibətlərə görə keçmiş ümmətlər əzaba düçar oldu. Bu ayədə 
buyurulur ki, siz keçmişdəkilərin yolunu getməyin, iman gətirin. 
◘Rəvayətdə bildirilir: Nur dedikdə məsum imamlar nəzərdə tutulur. Çünki onlar 
Quranın təcəssümü, danışan ayələrdir. İmam Baqir (ə) buyurur: “İman əhlinin qəlbini 
nurlandıran onlardır.”
5
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Səba”, 3; “Yunis”, 53 
3
“Rum”, 27 
4
“Əraf”, 29 
5
“Təfsiri-nurus-səqəleyn” 


41 
Bildirişlər 
 
1. Əhatəli iman dəyərlidir. İnsan həm Allaha, həm peyğəmbərə, həm də səmavi 
kitaba inanmalıdır. 
2. Allah nurdur.
1
Allah tərəfindən nazil edilən də nurdur. 
3. İman əməllə müşayiət olunmalıdır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin